Azərbaycanın gücünü görmək üçün bir azacıq da səbr etsinlər

Yenə də Avropa "standartları"nın bəzi müddəaları yenidən ortaya çıxarılaraq, Azərbaycana qarşı yürüdülməkdədir. Guya ölkəmizdə demokratiyanın, insan hüquqlarının, siyasi məhbusların, QHT-lərin maraqlarının tapdığını iddia edən avropalılar getdikcə azğınlaşır və quduzlaşırlar. Lakin avropalılar erməni işğalçıları tərəfindən zorakılığa, vəhşiliyə və deportasiyaya məruz qalan 300 minə yaxın Qərbi Azərbaycan türkünün və bir milyondan artıq Azərbaycan vətəndaşının ah-naləsini hələ də eşitmirlər. Sanki gözləri kor, qulaqları kardır. Yəni belə baxanda, görünən budur ki, Avropanın ikili "standartları" yalnız Azərbaycana aidiymiş...

Azərbaycana təziq göstərmək üçün fürsət axtaran anti-Azərbaycan dairələr əllərinə tutarlı dəlil düşmədiyi üçün, yenə Mehman Hüseynovun məsələsini şişirdərək, ənənəvi olaraq böhtan və yalana əl atıblar. Bu, əvvəllər də belə olub, bu gün də belədir. Məsələn, Bakı şəhərində dünyaya gəlmiş və sonralar erməniyə ərə getmiş, milli satqın və siyasi həyasız Leyla Yunusu, Xədicə İsmayılı və digər satqın parazitlərin davamı kimi "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin qəbul edilməsi isə yenə də məqsədlərin nədən ibarət oluğunu üzə çıxarır. Bu gün sənədin qəbul edilməsi üçün xüsusi canfəşanlıq göstərən və Azərbaycana qarşı düşmənçiliyi ilə ad çıxarmış almaniyalı deputat Corc Sorosun təsiri altında olan Rebeka Harms yenidən qaranlıq işlərlə məşğul olduqunu nümayiş etdirməkdədir. Məqsəd isə bəllidir: təziq göstərməklə Azərbaycanın müstəqil siyasətinə mane olmaq və imtiyazlar əldə etmək.

R.Harms yalan, özü də ağ yalan danışmaqdan belə çəkinməyərək, guya M.Hüseynovun məsələsini araşdırmaq üçün azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını söyləyib. Ancaq maraqlı məqam odur ki, Avropa İttifaqının diplomatik nümayəndələri R.Harmsın dediklərini demirlər və M.Hüseynovun aclıq aksiyasını dayandırdığını bildiriblər. Bax, Rebeka Harms, yalan ayaq tutar, amma yeriməz!

Onların əzəldən "səlib yürüşü" adlı köhnə şakərləri var. Ona görə də, indi də düşüblər Azərbaycanın üstünə ki, filan şey belə olmalıdır, behmənkəs zad da belə! Amma unudurlar ki, Azərbaycan yürütdüyü müstəqil siyasəti nəticəsində, artıq bu cür təzyiqlərə və təhdidlərə önəm vermir! Çünki Azərbaycan günü-gündən inkişaf edir. Paytaxtımızın və əyalətlərimizin gözəlləşməsini, yeni yolların çəkilməsini, körpülərin salınmasını, Olimpiya mərkəzlərinin tikilməsini, turizm bazalarının yaradılmasını, bir sözlə, xalqımızın rifahının yüksəlməsini avropalılar da etiraf edirlər. Etiraf etsələr də, həzm edə bilmirlər.

Bir sıra Avropa dövlətləri və Avropa "standartlar"ı kimi tələblər irəli sürən qərblilər bir faktı anlamalıdırlar: Belə davam etsə, Azərbaycan daha sərt mövqeyini ortaya qoyaraq, həmin "standartlar"ın üzərindən keçəcək və öz doğma torpaqlarını geri qaytaracaq. Artıq bu amil görünməkdədir. İnanmırlarsa, Azərbaycanın gücünü görmək üçün bir azacıq da səbr etsinlər...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə