Deyilənlərə və yazılanlara görə, dinindən və dilindən, millətindən asılı olmayaraq, hər bir bəşər övladının bu və ya digər formada istedadı var. Yetər ki, bu istedad aşkarlansın və yaxud nümayiş etdirilsin. Təbii ki, bundan qazanan cəmiyyətlər olacaq. Amma razılaşaq ki, bəzən elə dar düşüncəli məxluqatlar olur ki, istedadlarını pislik etməyə, dövlətin və xalqın imicinə zərər vurmağa həsr edirlər. Dərinə gedib, qismən də olsa, araşdırmalar apardıqda, məlum olur ki, milli və dövlətçilik maraqlarına zərbə vuran ünsürlərin sifariş verənlərinin hamısı xarici qüvvələrdir. İş birliyinin səbəbi də maliyyə vəsaiti əldə etməkdir. Söz yox ki, satqınlığın, xəyanətin qarşılığında maddiyyatın dayanması ən böyük ittihama və qınağa layiqdir. Belələrinə heç bir halda bəraət ola bilməz. Təəssüflə demək olar ki, qrant layihələri icraçısı olmaq istəyi ilə müəyyən məkrli qüvvələrə satılanlar sırasında Azərbaycan müxalifətinin liderləri və ya onlara bağlı olan qəzet və sayt əməkdaşları da var. Elə də uzağa getməyək, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının, "Azadlıq" radiosunun şər-böhtan yazan əməkdaşı Xədicə İsmayılın və onlara zəhər verən "Milli Şura"nın sədri Cəmil Həsənlinin, AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının və digərlərinin adlarını qeyd etməklə, ümumi mənzərəni əhatə etmək olar. Bəlli olar ki, bu məxluqatların əsas fəaliyyət istiqamətləri, nə yolla olursa - olsun, istedadlarını Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vurmağa sərf etməkdir. Halbuki bu ünsürləri Azərbaycan cəmiyyəti yaxşı tanıyır.

Hər kəsə məlumdur ki, M.Əliyev dünyada terrorun və təxribatların ideya müəllifi olan Corc Sorosun Azərbaycanda nümayəndəsi olub. X.İsmayıl bu yaxınlarda Sorosdan 500 min avro qrant alıb. Ə.Kərimlinin, A.Hacılının, C.Həsənlinin maliyyə problemlərini, məhz "Soros" fondu həll edir. Dəfələrlə C.Həsənlinin və A.Hacılının Avropa və ABŞ-a səfərlərini, məhz "Soros" fondu maliyyələşdirib. Gülüş doğuran məqam ondan ibarətdir ki, bu torbalı məxluqlar indi gəlib insanlara haqqdan-ədalətdən moizə oxuyurlar, insan hüquq və azadlıqlarının müdafiəsindən dəm vururlar.

İndi də bu torbalı məxluqlar ortaya yeni bir mövzu atıblar: həbsdə olan Mehman Hüseynov adlı şəxsin azad edilməsi üçün aksiyalar keçirmək. Sosial şəbəkələrdə hay-küy qaldırıb, müxtəlif şoular yaradan bu ünsürlər «Ac həriflər» tamaşasından bir epizodu götürüb oynamaq üçün aclıq aksiyası deyilən absurd bir aksiya da keçirirlər. Halbuki M.Hüseynovun özü həbsxanada normal şəraitdə saxlanıldığını və aclıq aksiyası kimi mənasız aksiyanı dayandırdığını bildirib. Artıq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də M.Hüseynovun aclıq aksiyasını dayandırdığı barədə rəsmi məlumat yayıb. Bu halda, sual olunur: hay-küy qaldırmaq, şou yaratmağa nə lüzum? Görünür, bu məsələdə də, qoca senyor Corc Sorosun göstərişinin əlamətləri var.

Ümumiyyətlə, sosial şəbəkələrə nəzər yetirdikdə, məlum olur ki, müxalifət partiyalarının mövcudluğuna ehtiyac qalmır. Çünki C.Həsənli, Ə.Kərimli, A.Hacılı və digərləri sosial şəbəkələrdə partiya rəhbərləri kimi deyil, özlərini bloger olaraq təqdim edirlər. Hər gün, demək olar ki, sözügedən şəxslər sosial şəbəkələr vasitəsilə statuslar paylaşır və videolar yayırlar. Məlumatlar da təsdiq edir ki, bu şəxslər, məhz statuslarına və videolarına görə, maliyyə yardımı əldə edirlər. Bunu özünə şərəfsiz və yaramaz adını götürmüş Vidadi İsgəndərli, eləcə də, qurumsaq, səfeh ayamalı Orduxan Teymurxan da paylaşdıqları videolarda qeyd edirlər. Açıq şəkildə bildirirlər ki, Ə.Kərimli, A.Hacılı və C.Həsənli onların qara pullarına şərik olurlar. Əminliklə, demək olar ki, maraqların toqquşması yaxın vaxtlarda bu ünsürlər arasında ciddi toqquşmaların və qarşıdurmaların yaranmasına gətirib çıxaracaq. Daha doğrusu, artıq səngərlər qazılıb, yaxın günlərdə tərəflərarası mübarizənin başlandığı qeyd olunacaq. Ancaq bir fakt-fakt olaraq qalır. Bu gədələr heç zaman düzəlməyəcəklər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə