Rusiya siyasətində Jirinovski deyilən məşhur bir "parapolitoloq" var. Bu adamcığaz hər zaman müxalifət sayıqlamalarilə gündəmdə qalmağı çox sevir. Olsun, sözüm onda deyil, çünki bizim bəzi müxalifət oyunbazlarımızın çörəyi antidövlət fəaliyyətdən çıxdığı kimi, bu bədbəxt də başqa yolla qazana bilmir. Çörəyi belə-belə sayıqlamalardan çıxır. Sözüm ondadır ki, bu gədənin, bilmirəm, türklər nəyini neyniyib ki, bu millətə qarşı bu qədər aqressivlik nümayiş etdirir?!.

Təzə ilin elə ilk günlərində sosial şəbəkələr bu zatıqırığın təp-təzə çıxışını buraxdılar dövriyyəyə. Yəqin oxucularımızın əksəriyyəti bu çıxışdan xəbərdardırlar. Amma xəbərdar olmayanların da xəbərdar olması xətrinə onun çıxışındakı bəzi məqamları diqqətə çatdırmaq istəyirəm. Bu "parapolitoloq", həmişə olduğu kimi, yenə səsini alıb başına ki, ay dadi-bidad, niyə yatmısınız, türklər birləşir, TURAN yaranır, İranla da dostlaşır, Avrasiyanın, o cümlədən, Rusiyanın nəzarətində olan ölkələrin yarısı birləşib, TURAN BİRLİYİ yaradır. Hələ, bilmirəm, çaşqınlıqdanmı, ya nədənsə, Tatarıstanın, Başqırdıstanın da adlarını qatır bu ölkələrin siyahısına.

Dediklərindən məlum olur ki, türk dünyasının birləşməsindən bu binəva niyə əndişələnir! Əvvəl-əvvəl düşünmək olar ki, Rusiya və xristian dünyası üçün narahat olub da, həyacan təbilini işə salır. Amma sonra məlum olur ki, onu heç də Rusiya, ya da xristian dünyası maraqlandırmır. Sən demə, bu birliyin dünyaya gətirəcəyi ən böyük "faciə" ermənilərin tapdaq altında qalması qorxusuymuş. Və elə bu yerdə xristianlıq adından danışır ki, biz xristian ermənilərini müsəlmanların ortasında tək qoymamalıyıq...

Elə burdaca sifarişin erməni lobbisindən verildiyi gün kimi aydın olur. Zatən, bu məxluq pula danışanın biridir, kim pul versə, onun üçün hürməyə çoxdan adət eliyib. Xülasə, yadıma 1991-ci ildə bir erməninin Amerikada əlindəki çubuqla Ermənistanı və onu əhatə edən müsəlman dövlətlərini göstərib, xristian dünyasını onlara dəstək verməyə çağırdığı düşdü. Amma onu demədi ki, xristian dünyasının qovub ərazilərindən çıxardıqları qaraçı-hay tayfaları, məhz Osmanlı-müsəlman xilafətinin qoltuğuna sığınıb, özlərini millət kimi dünyaya sırımağa nail oldular. İndinin özündə də, erməni siyasilərinin özlərinin də dəfələrlə etiraf etdikləri kimi, Azərbaycana - müsəlman ölkəyə vurduğu ağılasığmaz zərbələrə rəğmən, məhz müsəlman dövləti olan İranın verdiyi nəfəs borusu hesabına bu gün ayaqda qala bilir. Ermənisan adlanan ölkə (əlbəttə, əgər buna "ayaqda qalmaq" demək olarsa). Nədən bu "parapolitoloq" ermənilərin törətdiklərini unutdurmağa, onlara ola biləcək hücumlara bu qədər önəm verilməsinə çalışır? Olmuşlardan danışmaq bir siyasət adamı üçün daha səmərəli düşüncə ortaya qoyulmasına yardım edər, nəinki olacaqlardan danışmaq. Söz yox, ermənilər gec-tez dünya qarşısında törətdikləri bəşəri cinayətlərə görə cavab verəcəklər.

Ancaq belə məsələlər Türk birliyi kimi nəhəng köklərə əsaslanan bir qurumun bəşəri düşüncəsinə daxil olmayan cılız məsələdir. Bu birlik təkcə türklərin və müsəlmanların xilasına deyil, bəşəriyyətin xilasına yönəldilən birlikdir. Jirinovski və onun kimilər bir az tarixi öyrənsələr, görərlər ki, türklər dünyanı idarə etdiyi dönəmlərdə heç bir xalqa qarşı kütləvi qırğın siyasəti həyata keçirməyib, heç bir xalqın torpaqlarını işğal etməyiblər. Sadəcə, düzəni pozulmuş dünyanı düzənə qaytarmaq üçün ölkələri haqq yoluna qayıtmağa vadar ediblər ki, bu da dünyanın xilası missiyasıdır.

Müqəddəs dini kitablarda da göstərilib ki, türklər Tanrının yer üzərindəki vuran qoludur. Yəni deməli dünyanı düzənə qaytarmaq missiyası, sadəcə, nə türkiyənin, nə türk əsilli digər ölkələrin istəyi deyil. Bu, Tanrının türklər üzərinə qoyduğu İlahi missiyadır. Amerikalı politoloq Farli və onun kimi bəzi siyasətçilər, eyni zamanda, gələcəkdən xəbər verən görücülər dönə-dönə dünyanın məhvolma təhlükəsi ilə üz-üzə qaldığını deyirlər. Belədə kimsə bu fəlakətdən bəşəriyyəti xilas etməlidir, ya yox? Bu missiya da türklərin üzərinə qoyulubsa, bundan imtinamı edilməlidir? Yəni türklər bütün bəşəriyyəti xilas edəcəksə, dolayısı ilə həm də xristianları, o cümlədən, rusları və ağlı başından qopan hayları da xilas edəcək. O zaman elə Jirinovski və onun kimi digər türk düşmənləri də Məhşər bəlasından xilas edəcək. Bunun nəyi pisdir axı?!.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə