“Video-bloqer” pərdəsi altında insanlara şər-böhtan ataraq qanunları pozan və nəticədə qanunların tələbinə uyğun şəkildə cəza alan Mehman Hüseynovun üzərində qurulmuş, həmçinin, özünün də iştirak etdiyi növbəti oyunbazlığının da üstü açılıb. Demə ki, cəza çəkdiyi müəssisənin daxili tələb və qaydalarını pozduğuna görə, növbəti cəza almasının ardınca “siyasi mühacirlərin” və necə deyərlər, yerli müxalifətçilərin hay-harayları yerə-göyə sığmadı. Hətta iddialar irəli sürülməyə başlanıldı ki, demə, M.Hüseynov “müddətsiz aclıq” elan edib. Söz yox ki, bu oyunbazlıqların arxasında dayanan daha bir məqsəd isə, məhz Azərbaycan hakimiyyətinə qarşı atılan iyrənc addımların Qərb ölkələrində reallaşdırılması cəhdləridir. Əbəs deyil ki, M.Hüseynovun xaricdə yaşayan qardaşı E.Hüseynov dərhal avropalı ağalarının qucağına hoppanaraq, onlardan Azərbaycan dövləti əleyhinə bəyanatlar səsləndirməyi tələb etdi və...

Və həmin avropalılardan bir-ikisi heç baş verən hadisənin nədən qaynaqlandığını dərk etmədən belə, Azərbaycan hakimiyyətinə qarşı kirli ağızlarını açaraq, köhnəlmiş, çeynənilmiş ifadələrini səsləndirdilər – yəni “narahat” oldular.

Demə, məlum olub ki, M.Hüseynov ümumiyyətlə, nə aclıq edir, nə də hər hansı digər üsullarla etiraz aksiyası keçirir. Məsələ ondadır ki, saxta “video-bloqer”in ümumiyyətlə, heç bir etiraz aksiyası keçirməməsini elə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov mətbuata açıqlamasında bildirib. “Mehman Hüseynov qida da, su da qəbul edir. Yaxınları ilə telefon vasitəsilə əlaqə də saxlayır. O, aclıq aksiyası keçirmir. Səhhəti də normaldır, qanunla nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir”, deyə hay-haray qaldıranlların iddialarına cavab olaraq bildirilib.

Onu da qeyd edək ki, Azərbaycan qanunlarının kifayət qədər humanizm prisniplərinə əsaslanmasını gəbsdə olan M.Hüseynovun vəfat etmiş anasının yas mərasimində iştirak etməsi üçün azadlığa buraxılması ilə də sübut etmək mümkndür. Nədənsə, həmin ərəfədə ağızları köpüklənə-köpüklənə sosial şəbəkələrdə canlı yayıma çıxanlar bu barədə heç nə danışmadılar. Bax, məsələdə də bundadır – yalnız qaragüruhçuluq və şər-böhrtan üzərində ən rəzil addımlara gedərək, dövlətin maraqlarına qarşı qarayaxma kampaniyaları düzənləmək…

Yeri gəlmişkən, M.Hüseynovun cəzasını bitirməyinə 2 ay vaxt qalmasına rəğmən, onun həbsi üzərində oyunbazlıq edənlər indi də onun həbsinin “artırılacağı” ilə bağlı səs-küy salmağa başlayıblar. Halbuki, hələlik M.Hüseynovun cəzaçəkmə müəssisəsində orada xidmət keçən PX əməkdaşını döyməsi ilə bağlı cinayət işi üzrə məhkəmə keçirilməyib və istintaq gedir. Yəni məhkəmə olmamış qarşı tərəfin qara-qışqırıqları da anlaşılan məsələ deyil. Onlar anlamağa qadir deyillər ki, nəinki Azərbaycanda, elə çox bəh-bəhlə təriflədikləri Qərb ölkələrində də cinayət, cinayət olaraq dərk edilir, onu törədən isə kimliyindən asılı olmayaraq cəzasını alır. Əgər M.Hüseynovun cəza çəkə-çəkə cinayət törətməsi sübuta yetirilərsə, bu zaman onun yenidən cəza alması mümkünlüyü ortaya çıxır. Lakin o, bunu etməyə, daha dəqiq desək, cəzasını bitirib, cəmiyyət sıralarına qoşulmaq imkanını əlindən buraxmaya bilərdi. Atalar demişkən, günah, onu törədəndədir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə