Paşinyan-ermənilər üçün mini-diktator!

Mən hardan yazıb harda bitirəcəyimi bilmirəm. Çünki Ermənistanda apreldəki küçə "inqilabından" sonra, ən böyük siyasi faciə səhnəsi tamaşaya qoyuldu. Bu tamaşanın da əsas "qəhrəmanı" Yerevan küçələrində ac-yalavac ermənilərin qabağına düşüb keçilik edən Nikol Paşinyan oldu.

Açığını deyəcəm, nə vaxtsa erməni xalqının Moskva tərəfindən bu qədər alçaldıldığını heç təsəvvür belə etmirdim. Amma Kreml erməniləri bu şəkildə ALÇALTDI! V.Putin yəqin Gümrü hadisələri zamanı ermənilərin rus bayrağını yandırmasına, erməni qızlarının onun portretlərini nalayiq şəkildə təhqir etmələrinə bu şəkildə adekvat cavab verir. Həm də onlar üçün biçilmiş yeni mini-diktatorla. Hamı gördü ki, Moskva ermənilər üçün nəzərdə tutduğu mini- "demokrat" diktatorun qələbəsini reallaşdırmaq üçün çox da "əziyyət" çəkməli olmadı. Çünki Ermənistan kimi Rusiyanın vilayəti statusunda olan bir ölkədə, axı hansı ictimai etirazdan söhbət gedə bilərdi? Bəyəm, aprelin ortasında N.Paşinyanın arxasınca düşüb Serj Sarkisyanın üstünə yürüyən bu erməni sürüsü anlamırdımı ki, kim hakimiyyətdə olursa-olsun, onlar ancaq və ancaq Moskvanın təbəələridir?

Əla anlayırdılar və indi də anlayırlar. Ən azından, hər bir erməniyə gün kimi aydındır ki, Ermənistan adlı dövlət, məhz Rusiyadakı çarların hesabına yaşayıb və bu gün də Kremldəkilərin himayəsi ilə ayaq üstündədir. Nədir, yoxsa bunu danmaq kimi həyasızlığa baş vuracaqlar? Onlar əla bilirlər ki, Moskva yarımca saat rəsmən əlini ermənilərin üstündən çəksə, bu bölgədə törətdikləri terrorizm və vəhşiliyə görə tarix boyu qana boyadıqları xalqlar tərəfindən çarmıxa çəkiləcəklər. Hər bir erməni ailəsi neçə əsrlərdir ki, bölgədəki "tarixi stukaçılqlarına" və törətdikləri amansız vəhşiliyə görə onları gözləməli olan CƏZADAN, məhz rusların "atalığı" ilə qurtulduqlarını hər saniyə düşünürlər. Elə bunu düşündükləri üçün də Kremlin N.Paşinyan üzərindən onları bu cur təhqir etmələrinə səslərini də çıxarmırlar. N.Paşinyan Moksvanın, şəxsən

V.Putinin yeni, kütlə gözündə "demokrat" libasına bürünmüş mini-diktator layihəsinin məhsuludur. Daha deməyəcəklər ki, qatı diktator. Deyəcəklər mini-"demokrat" diktator. Yazıq Serj, nikoşun güdazına getdin!

Bir anlıq yadıma danışıq aparmaq üçün belindəki çantası ilə Serj Sarkisyanın görüşünə gələn N.Paşinyanın apreldəki görkəmi düşdü. Qarabağda Azərbaycan dürməyi ilə böyüyən S.Azatoviç, o zaman dərviş libasına bürünən N.Paşinyanı gözləri bərələ-bərələ seyr edirdi. Həmin an Qarabağda azərbaycanlı körpələri və qadınları diri-diri öldürüb böyrəklərini orqan mafiyasına satan S.Sarkisyan, onu əvəzləyəcək şəxsin N.Paşinyan olmasına hec cürə inanmaq istəmirdi. Ən azından, dərviş libasına bürünmüş bu küçə natiqinin onu əvəzləməsini hec cürə həzm edə bilmirdi. Amma iş-işdən keçmişdi. Sadəcə, yarım saatdan sonra Mokvadan gələn zəngdən sonra S.Azatoviç, bəyanat yayıb N.Paşinyana qarşı səhv etdiyini və rədd olub getməyə hazır olduğunu bəyan etməli oldu.

Həmin anda S.Sarkiysana ən ölümcül zərbə, onun Moskva tərəfindən N.Paşinyan kimi bir küçə dərvişi ilə əvəzlənməsi oldu. Serjik üçün bu, əsl ölüm epizodu idi. Onu alçaltmaq üçün Moskvada bundan daha pis heç nə tapa bilməzdi. Paşinyanın "qalib gəlməsi" isə, Moskvanın onun ətrafında murdar bir diktatorluq sistemi yaradıb əla faydalanmağa hədəfləndiyini göstərir.

MƏTLƏB

Bütün xəbərlər Facebook səhifəmizdə