Orduxan Temirxan haqqında cinayət işi açıldı
Azərbaycan Respublikası Prokurorluğu, sosial şəbəkələrdə Orduxan Temirxan kimi tanınan Hollandiyada yaşayan Orduxan Temirxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb.
Onun haqqında rəsmi axtarış elan edilib. Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur. Bildirilir ki, Orduxan Temirxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Cinayət işi açılan Orduxanı 20 il həbs gözləyir
Bununla bağlı açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, bu maddələr çox ağırdır: "Bu maddələrdən biri Fuad Qəhrəmanlıda var idi. Ona 11 il iş verildi. Yəqin ki, Orduxan Temirxan da 15-20 ilə yaxın bir müddətə azadlıqdan məhrum ediləcək".
Göründüyü kimi, ermənilərə qahmar çıxan O.Temirxan cəzasını çəkməlidir. Avropada "siyasi mühacir" adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən avropalı "siyasi mühacir" Orduxan Temirxan (Bəbirov) onu pulla satın almış erməni lobbisinə həmişə qahmar çıxıb. Belə ki, digər xəyanətkar "məsləkdaşları" ilə birgə toplantı keçirən və "şərəfsiz" sözünü özünə təhqir hesab etmədiyini deyən və tez-tez "demokratik dəyərlərdən", "ədalətdən" dəm vuran O.Temirxan iddia edir ki, tarixi Qərbi Azərbaycan torpaqlarında və işğal edilmiş Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılan azərbaycanlı məzarlıqları heç də onların vandallıqları sayəsində məhv olmayıb və s. Onun ucuz təfəkkürünə görə, guya ermənilərin otlaq sahəsinə çevrilmiş həmin məzarlıqları donuzlar, keçilər və mal-qaraları dağıdıb (?!-R.H.).
Bu, o Orduxandır ki, Fransada, Hollandiyada, Almaniyada dəfələrlə erməni lobbisinin ayırdığı pulları hesabına nümayişlər keçirib, Azərbaycanın dövlətçilik maraqlarını ayaq altına alıb
və bununla da, daxilindəki iyrənclikləri üzə çıxarıb. Vətən xaini bu, o Orduxanlı hər vəchlə özünə "qardaş", "dayı", "əmi" hesab etdiyi işğalçı erməniləri təmizə çıxarmağa cəhdlər göstərir. Ancaq bu gün onun yaxınları belə ondan imtina etdiklərini, ailə üzvlüyündən sildiklərini media vasitəsi ilə bəyan ediblər. Görünür, erməni lobbisi və bu lobbinin dəstəklədiyi Avropanın bəzi qaranlıq siyasi dairələri O.Temirxana daha yaxşı baxırlar.
Orduxan erməni kimi danışdı, işğalçıları müdafiə etdi
Avropada yaşayan radikal müxalifətçi, O.Temirxan əli günahsız azərbaycanlıların qanına bulaşmış düşməni açıq-aşkar müdafiə edib. O, çıxışlarının birində deyib ki, ermənilər Qarabağda Azərbaycanın qəbir və abidələrini dağıtmayıblar. O.Temirxanın erməniyə xas çıxışı Xocalı faciəsinin ildönümü ərəfəsində lentə alınıb və sosial şəbəkələrdə yayılıb. Azərbaycanlı istifadəçilər haqlı olaraq, onu tənqid atəşinə tutub, məlum çıxışına görə, hətta vətən xaini adlandırıblar.
Ermənilərin işğal altında olan torpaqlarımızda maddi-mədəni irsimizə qarşı törətdiyi terror, yüzlərlə azərbaycanlının məzarının dağıdılması, abidələrimizin yerlə yeksan edilməsi faktlarla sübut olunub. Orduxan adlı radikal isə bunu bilərəkdən danıb, informasiya savaşında düşmənin əlinə xal verib. Bütün bunların Xocalı faciəsinin ildönümü ərəfəsində baş verməsi təsadüf deyil.
Göründüyü kimi, bu gün onun Azrbaycandakı dəstəkçiləri olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıyeva, Xədicə İsmayıl, İsa Qəmbər, Arif Hacılı və digər "demokratlar" da, söz yox ki, onun kimi düşünürlər. Yəni ermənilərin heç də "vandal" olmadıqlarını deyirlər. Bir də bu, təəccüblü deyil. Çünki xəyanətkarın ağı-qarası olmur.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə