Dağıdıcı müxalifətin, nəinki bugünkü, ümumiyyətlə, atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyəti ilə paralellik təşkil edir. Bu bədbəxt ünsürlər gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı anti-təbliğat kampaniyası aparan erməni lobbisinin vasitəsinə çevrilməklə, məhz onların planı əsasında fəaliyyət göstəriblər. Artıq hər kəs bilir ki, dağıdıcı müxalifətin "mübarizə strategiyası" təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə, Azərbaycanın müstəqilliyinə, varlığına və haqlı mücadiləsinə qarşı yönəlib. Əbəs yerə deyil ki, düşərgə "liderləri" zaman-zaman ermənilərə "qardaş" deyənləri daim müdafiə ediblər. Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, C.Həsənli, Leyla Yunus, Xədicə İsmayıl, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi bədnam ünsürlər azərbaycanlıları təhqir edən ermənipərəst təbliğatı aparmaqdan da usanmayıblar. Çünki belələrinin damarlarında illərlə xəyanət qanı axıb. Lənət olsun bu xəyanətkarlara!

Bu ünsürlər, xəyanətkar olmaqla yanaşı, həyasızcasına ölkədə uğurlara kölgə salmaq üçün, hətta söz azadlığı arqumentinə əsaslanmağa çalışaraq, məsələni siyasiləşdirir və məntiqsiz iddialar irəli sürürlər. Ermənilər kimi hiyləgərliyə əl atır, qəzet, sayt səhifələrində kosmopolit və antimilli təfəkkürlü ünsürlərə geniş yer verərək, məhz onların dili ilə öz fikirlərini cəmiyyətə sırımağa çalışırlar. Görünən odur ki, bu məsələdə də erməni lobbisi-dağıdıcı müxalifət işbirliyini "uğurla" davam etdirməklə, xəyanətkar əməllərini bir daha sübut edir.

Azərbycan cəmiyyəti, artıq dağıdıcı düşərgənin xaricdəki erməni lobbisi tərəfindən maliyyələşdirildiyini və bu düşərgə üçün milli maraq anlayışının ən son planda olduğunu çox yaxşı bilir. Ona görə də, dağıdıcı ünsürlərin ümummilli maraqlar haqqında qeyri-səmimi iddialar cəmiyyətdə ironiya ilə qarşılanır.

Birmənalı şəkildə, deyə bilərik ki, nankorlar və xəyəntlarlar toplumu dəyişilməz olaraq qalmaqdadır. Çünki xəmirləri belə yoğrulub və hər an dövlətin maraqlarına qarşı çıxış etmək üçün erməni lobbisindən və xaricdəki ermənipərəst qüvvələrdən əmr gözləmələri də təəccüblü deyil. Uzağa getməyərək, "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusun bu gün Avropada sığınacaq alaraq, Azərbaycan əleyhinə işlər apardığı deyilənlərin məntiqi sübutudur. Onun Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi "publicdialogues.info" saytı da, məhz Azərbaycanda ictimai rəyi çaşdırmaq, Dağlıq Qarabağ probleminin kökü və erməni millətçilərinin torpaqlarımıza və mədəniyyətimizə iddiasını cəmiyyətin yaddaşından silmək üçün yaradılsa da, artıq xalqımız bu satııb-sıtılan xəyanətkarların kimliyini bilir.

Yəqin ki, oxucularımız üçün də maraqlıdır ki, erməni lobbisinin və onun "sadiq tərəfdaşı" olan dağıdıcı düşərgənin bu qədər canfəşanlıq etməsinin səbəbi nədir? Heç şübhəsiz, dağıdıcı müxalifət üçün, ilk öncə, maddi maraqlar ön plandadır. Yuxarıda qeyd etdiyimiz kimi, artıq hər kəs dağıdıcı düşərgənin erməni lobbisi tərəfindən maliyyələşdirildiyini bilir. Digər tərəfdən, ölkəmizin əldə etdiyi nailiyyətlər dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də kədərlə boğur, onlarda kəskin qısqanclıq hissləri yaradır. Demokratik inkişaf yolu seçmiş Azərbaycanın bütün sahələrdə və əldə etdiyi nailiyyətlər bu gün dünya birliyi tərəfindən alqışlanır. Yerləşdiyi regionun lider dövlətinə çevrilən, hətta qlobal maliyyə böhranı dövründə belə iqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan Respublikası, artıq beynəlxalq aləm tərəfindən mühüm tərəfdaş kimi qəbul olunur.

Bu gün dağıdıcı müxalifət başbilənlərin anti-Azərbaycan dairələrlə baş-başa verərək, eyni addımlar atması Azərbaycan xalqının kəskin etirazına səbəb olur. Dağıdıcı düşərgə, artıq illərdir ki, ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğuldur. Bu düşərgədə toplaşanlar isə, bu və ya digər səbəbdən incik düşmüş, öz biznes və karyera maraqlarını təmin edə bilməmiş ünsürlərdir. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Hay-küy salmaları onlar üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir. Ancaq nə etsələr də, cidanı çuvalda gizlətmək olmaz.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə