Deyir: "qulaq gündə bir söz eşitməsə, kar olar". Bu gün dağıdıcı müxalifət düşərgəsində qondarma qurum olan "Milli Şura"nın adı çəkilən kimi bildirirlər ki, yəqin söhbət yırtıcı ünsürlərdən deyirsiniz. Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimli özlərini "müqəddəs üçlük" yox, "yırtıcı üçlük" elan etməlidirlər. Ancaq sadəcə, anlamırlar ki, biri beşinə dəyməz, beşı birinə. Fərqində deyillər ki, "Milli Şura" çoxdan tarixin arxivinə gömülüb. Nə dediklərindən asılı olmayaraq, anındaca gülüş obyektinə çevrilirlər. Düzdür, arada G.Hacıbəyli C.Həsənliyə "müəllim elmi işlərlə məşğuldur" deyə siyasətdən uzaqlaşıb replikasını ataraq", "ağsaqqal"ı mədəni şəkildə pensiyaya göndərir. Çünki hər üçü olmayan təşkilatın olmayan sədrliyi uğrunda mübarizə aparır.

Deyə bilərsiniz ki, C.Həsənli kağız üzərində olsa da, "Milli Şura"nın sədri deyil? Niyə sədrlik uğrunda mübarizə aparsın? Əşşi, oturub-oturub verdilən suala bax. Ə.Kərimli kimi yırtıcı, satqın, cinayətkarın olduğu yerdə Cəmil Həsənli ancaq Əli Kərimlinin çəpik çalanı ola bilər. Bir də C.Həsənli mətbuat xidməti funksiyasını icra etməklə yanaşı, həm də AXCP sədrinin şəninə söz də deyir. İnanmırsınız? Elə bu yaxınlarda Həsənli yaşından və başından utanmayaraq, AXCP sədrinin oğlu haqda utanmadan sosial şəbəkələrdə təriflər deyir. Bax, Ə.Kərimli də bu adamı yaxşı tanıdığına, onun xasiyyətinə, xarakterinə yaxından bələd olduğuna görə, yanında saxlayıb. Bilir ki, nə təhlükə var, nə iddia. Ürəyi istəyən vaxt qovacaq. Əvvəllər qovduğu kimi.

Qaldı ki, G.Hacıbəyliyə, o, da Ə.Kərimlinin sağ əli rolunda çıxış etməyə çalışır. Daha doğrusu, G.Hacıbəyli də yırtıcı ünsürdür, nə elədiyi, nə də ona elənənləri bilir. Çörəyi dizinini üstündədir. Əvvəllər yerində olmayan Gültəkin indi əsl yerindədir - Kərimli və Cəmil kimi yırtıcıların yanındadır. Çünki hər "üç yırtıcı" ünsür olan bu kəslər bu gün bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyalarından, əl tutmamaq, salam verməmək kimi amillərdən, "sözünü özün deyib, özün eşidirsən" formasındakı "mən səni eşitmək istəmirəm, sən danışsan da", "burada bəziləri kənara işləyir" formasında oxşar replikalar yekunda alışmaqda olan barıt çəlləyi üçün bir kibrit çöpü olacağı hər an gözlənilir. Elə bu yırtıcı ünsürlərə yaraşan da elə budur. Vəssalam!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə