Yəqin ki, "bambılı" sözünün mənasını bilməyən yoxdur. Ancaq Əbdürrəhman Vəzirovun 30 il öncə, söylədiyi "bambılı" sözünü unutmayanlar var. Bilməyənlər üçün ərz edək ki, bambılı qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam və avara anlamındadır. Bu gün kim daha çox bambılılıq edirsə, satqın, quduz, iblis və cinayətkar olur. Son vaxtlar Avropa ölkələrində bir qrup bambılı peyda olub ki, onlar da özlərini mühacir kimi qələmə verirlər. Əvvəla, deyək ki, "mühacir" anlamının onlara heç bir aidiyyəti yoxdur. Çünki mühacir siyasi, iqtisadi və ya dini səbəblər üzündən vətənini tərk edib, başqa ölkəyə köçən və orada yaşayan adamlara deyilir ki, onların da heç biri bu kimi səbəblərdən vətənlərini satıb tərk etməyiblər. Onlar sadəcə, havadarlarının xüsusi sifarişi ilə müxtəlif yollarla bu və ya digər ölkəyə köç edənlərdir.

Amma bu gün dağıdıcı müxalif düşərgədə olan Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Leyla Yunus, Rüstəm İbrahimbəyov və bu kimi bədbəxtlər hələ də bilmirlər ki, havadarları onlardan araba atları kimi, yaxud siyasi ambisiyalarını həyata keçirmək məqsədilə birdəfəlik şpris kimi istifadə edirlər. Bu mənada, onlar bambılı "mühacirlər"dir... Belələrində də Vətən, xalq, millət sevgisi, əsla, olmur və ola da bilməz. Onlarda yalnız boya-başa çatdıqları ölkəyə qarşı düşmən mövqedə durub, onu gözdən salmaq, şər-böhtan kampaniyası aparmaq, görülən işlərə göz yummaq xəstəliyi var.

Belə şərəfsizlər harada olurlarsa-olsunlar, elə şərəfsizdirlər. Odur ki, Avropanın bəzi məkanlarında hürüşmələrinə baxmayaraq, səslərinə səs verən tapılmır. Sosial şəbəkərlərlə isə ünvanlarına əməlli-başlı yağlı "hədiyyələr" göndərənlərin sayı çoxdur. Belə "hədiyyə" göndərənləri, əsla, qınamaq olmaz. Axı onlar yaxşı dərk edirlər ki, dünyanın heç bir yerində kimsə öz xalqını bu dərəcədə aşağılamır. Bir insan ki, öz dövlətini, hökumətini, bayrağını təhqir edirsə, o adamın şərəfi və namusu yoxdur. Orduxan Teymurxan, Ə.Kərimli, İ.Qəmbər, C.Həsənli, L.Yunus, R.İbrahimbəyli və bu kimi bambılılar ermənilərdən də betərdilər. Onlar üçün 1905, 1918, 1992-ci illərdə ermənilər tərəfindən törədilən qırğınların, öz yurd-yuvalarından didərgin düşmüş bir milyon insanın da bir anlamı yoxdur. Görünür, onların aldıqları milyonlara belə nəsnələrdən danışmaq daxil edilməyib. Odur ki, heç bunları belə bambılılara anlatmağın da faydası yoxdur. Atalar əbəs yerə deməyiblər ki, kor gözə sürmənin nə faydası? Onlar aldıqları milyonlar sayəsində, özlərini korluğa vurublar. Belə bambılıların Ermənistanın maraqlarını xidmət edən fikirləri sözügedən ölkənin kütləvi informasiya vasitələrinin "qəhrəmanına" çevrilib.

Ümimiyyətlə, bu bambılılar barədə düşünündə hərdən bir sual da yaranır: onlar yalnız milyonlarmı qazanırlar? Əsla, yox. Onlar həm də ümumxalq nifrətini qazanırlar ki, elə bu nifrətin də altında qalacaqlar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə