Cəmil Həsənli, sən nə vaxt hesabat verəcəksən?

Aşığın sözü bitəndə necə “dalay-dalay” deyirsə, “Milli Şura”nın sədri Cəmil Həsənlinin də pulu qurtaranda qoca vaxtında düşür sosial şəbəkələrin canına. Düşməyi qalsın bir yana, üstəlik qabaqdangəlmişlik edərək, hakimiyyətdən “hesabat” tələb edir. Guya öz təbirincə, “arqumentli” və “cavabı verilə bilməyəcək” sualları ilə hakimiyyəti “çıxılmaz” vəziyyətə salacaqmış...

Halbuki, bu gün onun özündən hesabatlar, özü də saysız-hesabsız hesabatlar tələb olunur. Elə isə həmin hesabatları sadalayaq: Cəmil Həsənli, hesabat ver görək, ingilisə ərə verdiyin qızın Günel Həsənli ərinin Yerevanın mərkəzindəki restoran biznesindən nə qədər qatlayıb-cibinə qoyur? Bəs sənə o biznesdən nə qədər faiz çatır? Cəmil Həsənli, bir vaxtlar təmsil olunduğun AXCP-ni və “Yurd” şefi Əli Kərimlini neçəyə sataraq, Milli Məclisə deputatlıq mandatı qazandın? Cəmil Həsənli, deputat olduğun müddətdə hakimiyyətin apardığı siyasətlə bağlı qalaq-qalaq kitablar yazdın, növbəti dəfə deputat seçilməyəndən sonra həmin kitablarından və yazdıqlarından imtina etdin, bu kimi davranışı hansı kişilik, dürüstlük, ədalətli seçim mücəssəməsinə yazmaq olar? Cəmi Həsənli, AXCP-də olarkən, Əli Kərimli ilə birgə yediyin qazanın işinə necə tüpürdün və parlamentdən çıxar-çıxmaz tüpürdüyün qazanın dibini yalamağa başladın? Cəmi Həsənli, SSRİ- dövründə DTK-nın əlaltısı olaraq, Bakıda neçə nəfər elm adamına qarşı çuğulluq etmisən..?

Bütün bunların hesabatını, cavabını vermək əvəzinə, düşmüsən ortalığa və “hesabat” tələb edirsən. Yəqin, buna qocalığın imkan vermir ki, hakimiyyətin ildə bir neçə dəfə keçirdiyi dövlət müşavirələrində xalqa bütün hesabatların verildiyini xatırlayasan. Nə etmək olar axı, qocalıqdır, özü də yaman qocalıq!

Bilmirsənsə, bilmək istəmirsənsə, xatırladım ki, həmin müşavirələrdə xalqa hesabat verilməklə yanaşı, nöqsanlar barədə də vurğulanır və onların aradan qaldırılması üçün ən qəti addımlar atılır. Və yaxşı olardı ki, indi sən – Cəmil Həsənli, illərdir sənə verilən bu sualların cavabını hesabat qismində təqdim edəsən. Edə bilmirisənsə, get “sazını” çalmaqla məşğul ol, “dalay-dalayını” da başda Əli Kərimli olmaqla, Gültəkinə Hacıbəyliyə, Oqtay Gülalıyevə, Eldəniz Quliyevə, İbrahm İbrahimliyə və o birilərinə oxu. Oxu ki, bəlkə səni “Milli Şura”nın aşıq Cəmili də adlandırsınlar...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə