"Siyasi məhbus" labirinti: bir irəli, iki geri

"Siyasi məhbus" siyahısı hazırlayan "5-ci kolon" təmsilçilərinin sosial şəbəkələrdəki qarşıdurması gərginləşir

Aşığın sözü qurtaranda, "yarım-yarım" deyir. Dağıdıcı müxalifət düşərgəsində qarışıqlıq yaratmaq üçün mövzu olmayanda, başlayırlar "siyasi məhbus" qovğasına. Bəzi" müxalifət funksionerlərinini və "hüquq müdafiəçiləri"nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını səfərbər ediblər. Vətənə, xalqına satqınlıqda ad çıxaran erməni xislətli "hüquq müdafiəçisi"ndən Xədicə İsmayıl 128 nəfərə qarşı 103 nəfərlik siyahısı ilə bağlı ittihamlarını irəli sürməkdən usanmır və bildirir ki, bu ikitirəlik Əli Kərimli tərəfindən salınması ortaya atılıb.

Xədisə İsmayıl: "Əli Kərimli ağılsız ambisiozdur"

X.İsmayıl hesab edir ki, bu işlərin başında "ağılsız ambisioz" adlandırdığı Ə.Kərimli dayanır. AXCP və "Milli Şura"nın açıq mətnlə 128 nəfərlik siyahını dəstəkləməsi, Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində Xədicəgilin 103 nəfərlik siyahısının "iqnor" olunması, eyni zamanda, ötən müddət ərzində, hər iki tərəfə yaxın olan adamların dilindən səslənən fikirlər, belə qənaətə gəlməyə əsas verir ki, 128 nəfərlik siyahının təbliğatına qollarını çırmalayanlar, məhz Ə.Kərimlinin sifarişini yerinə yetirirlər. Eyni zamanda, 103 nəfərlik siyahı müəllifləri Ə.Kərimli və Leyla Yunus tandeminin siyahısının qeyri-peşəkarcasına, əsaslandırılmamış məlumatlar əsasında hazırlanması yönündə ictimai rəy formalaşdırmağa çalışırlar".

Qarşılıqlı söz duelinin əsas ünvanı qismində isə sosial şəbəkələr çıxış edir. Odur ki, ötən həftə ərzində, tərəflərin bir-birlərinə ünvanladıqları sərt ittihamlara diqqət yetirməkdə fayda var. Bu, həm də "siyasi məhbus" davasının alt qatında yatan səbəblərə işıq tutmaqda yardımçı olur.

Əlməmməd Nuriyev: ""Siyasi məhbus" mövzusu uzun illərdir Azərbaycanda spekulyasiya mənbəyinə çevrilib"

Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əlməmməd Nuriyev sözügedən məsələ ilə bağlı bildirib ki, siyahı saxta və yalandır: "Siyasi məhbus" mövzusu uzun illərdir ki, Azərbaycanda spekulyasiya mənbəyinə çevrilib. Müstəqillik illərindən bu günə qədər satqınlar və işbazlar bu məsələdən məharətlə istifadə edirlər. "Siyasi məhbus" siyahıları hazırlamaqla həm özlərinə yeni maliyyə mənbələri, qrant bazarları əldə edirlər, həm də özlərini bir sıra beynəlxalq təşkilatlara tanıtmağa çalışırlar. Bunların yeganə məqsədi öz şəxsi maraqlarını təmin etməkdən ibarətdir. Eyni zamanda, Azərbaycanda kənarda olan bəzi siyasi mərkəzlərin sifarişlərini yerinə yetirməkdir. Çünki belə siyahılarla Azərbaycan dövlətinin imicini maksimum dərəcədə zədələməyə çalışırlar və onların siyahılarındakı adamlar real cinayət törətmiş şəxslərdir. Bununla bağlı məhkəmənin qərarları var. Azərbaycan qanunvericiliyi və qoşulduğu benəlxalq Konvensiyalar bizə kifayət qədər imkan yaradır ki, insanlar qanunda nəzərdə tutulmuş vasitələrlə öz hüquqlarını müdafiə edə bilsinlər. Əgər doğrudan da, onlar təqsirsizdirlərsə, həm daxili, həm də beynəlxalq müdafiə vasitələrindən istifadə edə bilərdilər. Bir çoxları bu imkandan istifadə edir".

Ə.Nuriyev, həmçinin, vurğulayıb ki, Azərbaycan dövləti harada olmasından asılı olmayaraq, öz vətəndaşına diqqətlə yanaşır: "Hazırda Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində çox ciddi addımlar atılır. Cənab Prezidentin 10 fevral 2017-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 300-dən artıq dəyişiklik baş verdi. Bu dəyişikliklər nəticəsində, minlərlə şəxs azadlığa çıxdı və ya cəza müddəti dəyişdirildi. Cəzadan, şərti olaraq, vaxtından əvvəl azad olunma institutunun təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi yanında qrup fəaliyyət göstərir. Həmin qrupun təqdimatları əsasında məhkəmələr işlərə baxıb. Son 4 ildə 7 mindən artıq şəxs cəzadan, şərti olaraq, vaxtından əvvəl azad olunub və ya cəzası yüngülləşdirilib. Bu proseslər geniş miqyasda gedir. Amma hər kəs bilməlidir ki, törətdiyi cinayət əməlinə görə, cəza labüddür. Daxili və xarici qüvvələrin məhkəmələrə təsir göstərməsi isə Azərbaycanda heç vaxt baş verməyib və verməyəcək. Ona görə də, kimin necə "siyahı" tərtib etməsi yox, məsələyə ədalətli yanaşma əsasdır".

"Siyasi məhbus" alverçisi Leyla Yunus satılıb və satmaqda davam edir

Bütün bunlara baxmayaraq, həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı "siyasi məhbus" alverçisi Leyla və Arif Yunusların Brüsseldə Avropa Parlamentində insan hüquqları ilə bağlı keçirilən konfransda iştirak edərək, Azərbaycanda insan hüquqlarına göz yumulduğunu və Avropa İttifaqını bununla bağlı sanksiya tətbiq etməməkdə ittiham etsə də, onun qarayaxmaları nəzər-diqqətdən kənarda qalıb. Atalar demişkən, "haqq nazilər, amma üzülməz". Çünki Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dildə yalnız söyüş söyən, şərəfini, ləyaqətini maddiyyata satan və ermənilərlə iş birliyini gizlətməyən L.Yunusun Vətənə xəyanət əməlləri, ölkəmizdən kənarda da artıq tənqid olunur.

Bu yerdə sual yaranır: L.Yunus kimilərin Azərbaycan dövlətinə və xalqına bu qədər kini-küdurəti və nifrəti nədən irəli gəlir?

Sözsüz ki, bu, bir reallıqdır ki, xarici qüvvələrin iç üzü, məhz bu cür şəxslərin hərəkətlərində və danışıqlarında üzə çıxır. İstər Leyla və Arif Yunuslar, istərsə də, X.İsmayıl, R.Mirqədirov kimilərdə Vətən sevgisi olsaydı, onlar satqın və xəyanət yolu tutmazdılar. Əlbəttə, bütün bunların cavabını hamı yaxşı bilir. Dağıdıcı müxalifət satqınları çirkin mübarizələrini kiminsə ayağına yazmağa cəhd edənlərin özləri də dərk edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil və cəmiyyətdə ciddi qəbul olunmur, elə qondarma "siyasi məhbus" siyahıları kimi.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə