Ağıllı insan hesab edir ki, kim haqlıdırsa, o, xoşbəxtdir. Müdrik insan hesab edir ki, kim xoşbəxtdirsə, o, haqlıdır

Yaxşı deyiblər, alim olmaq asandır, adam olamaq çətindir. Adam olmaq o deyil ki, iki ayağın, iki əlin və başın olsun... Bunlar bəşəriyyətin əksər canlı aləmində var. Hətta dağda, meşədə, suda yaşayan elə canlılar var ki, onlar çox insandan düşüncəli ağıllı və dərrakəlidirlər. Elə götürək, vəhşi təbiətin ən amansız canlısı hesab olunan pələngi. Canlı aləmin ən vəhşi tipi olan pələng yalnız ac olduqda, şikarına hücum edir. Tox olduğu zaman sakit və mehriban davranışı ilə seçilir. Hətta bəzən körpə, yeni doğulan ceyran, cüyür və meymun balalrını başqa vəhşi heyvanlardan qoruyur. Ancaq insan olan Adəm övladı öldürür və yenə də öldürür. Kəndləri, şəhərləri, ölkələri viran qoyur, amma dayanmır-durmur, yenə də öldürmək və dağıtmaq haqqında düşünür.

Dünyanın ən qəddar insanlarından olan Belçika kralı Leopold (1865-1909) konqolulardan ibarət olan koloniya ilə insanları qul kimi istifadə edib. Kişi və qadın olaraq, ayırdığı qulları bəzi qullara görə işgəncə ilə öldürən Leopoldun vaxtında ölkə əhalisinin 50 %-i öldürülüb. İtaliyanın baş naziri Mussolini (1922-1943) hakimiyyətinin çöküşü zamanı təmizləmə düşərgəsinə toplatdığı 35 min nəfərdən 18 min nəfərini qətlə yetirdib. Almaniyada hakimiyyətə gələn Adolf Hitler (1933-1945) İkinci Dünya müharibəsinin əsas müəllifidir. Məlumatlara görə, şəxsi göstərişi əsasında 11 milyon insan qətlə yetirilib. Onların törəmələri olan sarkisyanlar və koçaryanlar Azərbaycanın işağ etdikləri ərazilərdə kütləvi məzarlıqlar yaradıblar, minlərlə insan qətlə yetirib, yüzlərlə yaşayış məskənlərini dağıdıblar. Dünyanın 88 münaqişə gedən bölgələrindən ən amansızı və dəhşətli ölüm səhnələri ilə müşayiət olunan Yaxın Şərq qan gölünə çevrilib. On minlərlə afrikalı, suriyalı, əfqanısatanlı və iraqlı canını ölümün cəngindən xilas etmək üçün yurdundan-yuvasından didərgin düşüb. Yüz minlərlə miqrant dəniz vasitəsi ilə başqa ölkələrə üz tutmağa çalışdığı zaman ləpələrə qərq olublar.

Qərbin və ABŞ-ın Yaxın Şərqdə apardıqları dağıdıcılıq siyasəti iqtisadi maraqlarla yanaşı, ənənəvi dəyərləri məhv edib, onun yerində özlərinin anormal dəyərlərini yerləşdirməkdir. Maraqlıdır ki, bu faktın fonunda bəzi yazarlar və müasir dövrün bəzi gəncləri Avropaya inteqrasiyadan, onların dəyərlərinin mənimsənilməsindən danışır, hətta bunu sosial şəbəkələr vasitəsi ilə təbliğ də edirlər. Ən anormal məqam odur ki, ABŞ-da və ya Avropada təbii fəlakətlər baş verəndə, narahat olurlar, qəm-qüssə içində başsağlığına uyğun fikirlər yazırlar. Belələrinə deyiblər, "sənin ağlını dağlayım".

Həm də, yaxşı deyiblər, insan nə vaxt hansı şəkildə danışacağını bilməlidir. Yazacağı və ya deyəcəyi sözün başqa insanlara necə təsir edəcəyini anlamalıdır. Qarabağ kimi dərdimiz, qaysaq bağlamayan yaramız olduğu halda, oturub başqalarının dərdinə yas saxlayırıq. El arasında deyildiyi kimi: yağış yağan zaman kəsək oturub, daşın halına ağlayır. Dərk etmək istəmirlər ki, xarici imperialist dairələrin fitnə-feli ilə erməni terrorçuları ərazi bütövlüyümüzə qəsd edib, 1 milyondan çox insanın ev-eşiyindən didərgin düşməsinə, dişi və dırnaqları ilə qurduqları evlərinin yağmalanmasına rəvac verilib. İnsanda az da olsa, ağıl yaxşı şeydir. Ağıl yoxdursa, heç olmasa, savad olsun. Savadsızlıq nadanlığa və xürafata aparıb çıxarar. Necə ki, savadsızlığın acı nəticəsi olaraq, bəzi azərbaycanlı gənclər "İŞİD" kimi terrorçu təşkilata qoşuldular, nəticədə, öz həyatlarını itirməklə, ailələrinə də ağır iztirablar yaşatdılar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə