Ermənistanda "dirijor" kimdir: Paşinyan yoxsa?..

Ermənistan, sözün hər mənasında, maraqlı tamaşa səhnəsinə çevrilib. Bu siyasi tamaşanın ilk pərdəsi başlayır Nikol Paşinyanın "inqilabı" ilə, ardınca davam edir. 20 ildir ki, Ermənistanı rəzil günə qoyan Qarabağ klanının siyasi liderlərinin bir-bir "dənlənilib" içəri atılması ilə. Ermənistanda açıq-aydın "qarabağlı-ermənistanlı" savaşına "benzin" tökülür.

Amma bəri başdan deyim, yadınızda qalsın: Bu həbslər N.Paşinyanın seyrək tüklü başı üçün deyil!. Bu adamın ortaya atılması kimin ssenarisidir,- Putinin, yoxsa Qərbin? Bu, hələ az da olsa bağlı məsələdir. Şəxsən mən inanmıram ki, Qərb 2008-ci ildəki uğursuz Gürcüstan ssenarisindən sonra, Moskvanın Qafqazdakı əsas fosforuna "əl" uzatsın. Bu, sadəcə, inandırıcı görünmür. Qərb nəyə söykənib, Rusiyanın Qafqazdakı yuvasına "çomaq" soxsun? Əgər iddia edildiyi kimi, Qərbin Qafqazda Rusiyanın "gözlərini ovmağa" gücü çatırsa, onda nədən onu "kor" qoymağa" çalışmır? Sadəcə, məntiq xaricində olan məsələdir...

Amma başqa bir yandan V.Putinin nədən küçə izdihamı ilə S.Sarkisyanı N.Paşinyanla əvəzləməsi də o dərəcədə qaranlqıdır. Bəyəm, Ermənistanda Moskvanın əmrlərinə qarşı gələcək təfəkkürdə xalq və ya siyasi qüvvəmi var? Qətiyyən! Bəs nədən Yerevan küçələrində "inqilab" teatrı qurulmuşdu? Daima Rusiyanı özünün əsl sahibi bilən bir xalqın Moskvaya arxa çevirəcəyi gülünc məsələdir. O ki qalsın, Ermənistanda müstəqil siyasi qüvvənin ortaya çıxıb "inqilab" eləməsi. Sadəcə belə görünür ki, N.Paşinyan V.Putinin bir layihəsidir. Amma məqsəd nədir? Bax, əsl qaranlıq məsələ budur!

Sübut? Al, sənə sübut! Paşinyan əvvəlcə "kişi-kişi" qürrələnib, içəri "soxduğu" R.Koçaryanı məcbur olub azadlığa buraxdırdı! Nədən? Çünki bu qərarı onun özü verməmişdi axı. O, kimdir ki, qərar da versin? Moskvadan gələn istənilən zəng, N.Paşinyan üçün qeybdən gələn səs kimidir. Çünki sadiq arvad ərinə necə bağlıdırsa, tarix boyu bu ermənilər də rus çarlarına, hətta sədaqətli arvaddan da daha çox bağlı olublar. Ona görə yox ki, sədaqətli olmağı sevirlər. Ona görə ki, Qafqazda rusların kölgəsi olmasa, bu barbar və köçəri xalqı qoruyacaq heç kimsə yoxdur. Üstəlik, etdikləri cinayətlərə görə qulaqlarını kəsmək istəyən o qədər qonşu xalq var ki...

Hələ də, kimin "uşağı" və kimin siyasi layihəsi olduğu sirri-xuda olaraq qalan N.Paşinyan, hakimiyyəti serjikdən qoparandan sonra, səhnə arxasındakı siyasi dirijorlarının tərtib etdiyi plan əsasında əməllicə "ovlama" siyasəti üzərində baş sındırırdı. Sözsüz ki, məqsəd aydındır,- neçə on illərdir ki, Ermənistanda at oynadan hakim Qarabağ klanının geri dönüşünü birdəfəlik siyasi məzarlıqda dəfn etmək, onlardan gələ biləcək istənilən təhlükəni elə bəribaşdan neytrallaşdırıb, tamamilə aradan qaldırmaq. Amma bu plan alındımı? Çətin məsələdir. Üstəlik, R.Koçaryanın zindana salınıb, sonra da dərhal azadlığa buraxılması, həm bu klanın hadisələrə birbaşa müdaxiləsini gündəmə gətirdi, həm də N.Paşinyan hakimiyyətinin "Qarabağ klanı"na qarşı uğursuzluğunu açıq şəkildə ortaya qoydu.

Çünki Ermənistandan tutmuş Moskvaya qədər, xüsusuilə Kremldəki Putin aparatındakılara da aydındır ki, "Qarabağ klanı2 gücünü hələ də saxlayır və hər an istənilən ağır və sərt cavab addımlarına imza qoya bilər. Bura isə, ilk növbədə, N.Paşinyanın və onun siyasi dirijorlarının yeni hakimiyyətinin elə ilk andaca məhv edilməsi daxildir. Çünki "Qarabağ klanı"nın bu məsələdə böyük təcrübəsi var. Ən azı, Ermənistan parlamentinin tamamilə güllədən keçirilib cəhənnəmə göndərilməsi kimi "məşhur" təcrübə bu klanın hansı işlərə imza ata biləcəyinin tarixi siqnalıdır. Odur ki, Ermənistan daha bir qanlı "bombaya" hazırlaşır...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...