Müxalifətin mitinq şousu nəyə xidmət edir?

Və ya mitinq quduzluğu

Deyir həya-abır yaxşı şeydir, ancaq qanan üçün. Əgər 25 ilə yaxındır ki, ardıcıl olaraq, biabırçı aksiyalar keçirən müxalifət bunu anlamırsa, demli onların problemləri var. Çünki quduzluq infeksiyadırsa, dağıdıcı müxalifətin də mitinq keçirmək kimi virusundan əl çəkə bilmir ki, bilmir. Dağıdıcı müxalifət özlərinin maddi maraqlarını və siyasi ambisiyalarını təmin etməyin vacibliyini mitinq keçirməkdə görürür. Mitinq azarına mubtəla olan AXCP, "Müsavat" və "Milli Şura" kimi dağıdıcı siyasi qruplaşmalar daha çox canfəşanlıq edir və bu fəaliyyət anti-Azərbaycan dairələrin doktəsi ilə həyata keçirilir. Xüsusilə də, AXCP sədri Əli Kərimli və "Milli Şura"nın formal sədri Cəmil Həsənli həmişə Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıb və bu gün də fəaliyyətlərini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində qurmaqdadırlar. Daha dəqiq desək, məqsəd ölkədə qarşıdurma yaratmaq və dağıdıcılıq təbliğ etməkdir. Ən əsas məqam isə, bu dağıdıcı ünsürlər istənilən hadisədən, mövzudan istifadə edərək, Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə sosial-iqtisadi uğurlara ləkə yaxmağa çalışırlar. Quduzlaşmış dağıdıcı müxalifət ünsürləri Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar. Xüsusilə, dağıdıcı düşərgə quduzları terrorçu və radikal dini qruplaşmaları dəstəkləməklə öz siyasi simalarını aşkar şəkildə ortaya qoyurlar. Təsadüfi deyil ki, dağıdıcı müxalif qruplaşmalarının ön cərgəsindəduran antimilli ünsürlər və onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı", eyni zamanda, Gəncə hadisələrini törədən terrorçu təşkilatları müdafiə edib, hətta yol verilən cinayət

tərkibli əməllərə bəraət qazandırmağa çalışıblar. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətlərini nümayiş etdirməklə yanaşı, terrorçularla həmrəy olduqlarını açıq göstəriblər. Başqa bir fakta diqqət yetirək. Xatırlayırsınızsa, "Milli Şura"nın mitinq şousunda "İŞİD" bayrağının qaldırılması təsadüfi deyil. "Milli Şura"da cəm olmuş dağıdıcı düşərgə nümayəndələrinin bu cür ekstremist mövqedən çıxış etmələri təəccüblü görünmür. Bundan öncə, dəfələrlə məlum olub ki, dağıdıcı düşərgə, xüsusilə də, dağıdıcı müxalifət partiyalarının təmsilçiləri erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edib və ən ifrat daşnaklardan belə artıq ermənilik edirlər. Amma bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə