Avropaya "siyasi mühacir" kimi getmək istəyənlərdən mitinqlərdə iştirak etmək və polislə qarşıdurma fonunda fotolar çəkdirmək tələb olunur. AXCP sədri Əli Kərimlinin "siyasi mühacir" biznesindən əldə etdiyi gəlirlərdən dəfələrlə yazmışıq. Ə.Kərimli haqqında səslənən haqlı ittihamlara cavab vermək əvəzinə, təxribatlar törədərək, öz cinayətlərini ört-basdır etməyə çalışır. Dövlətin ünvanına təhqirlər yağdıran Ə.Kərimli başa düşür ki, ictimaiyyəti çaşdırmaq üçün atdığı addımlar heç bir effekt verməyəcək və pul müqabilində dövlət maraqlarını anti-milli qüvvələrə satan digər şəxslər kimi, o da qanun qarşısında cavab verəcək. Bu haqda daha sonra... AXCP sədrinin "siyasi mühacir" biznesi bu gün hansı səviyyədədir? Ümumiyyətlə, baş verən son hadisələrdən sonra bu proses necə həyata keçirilir? Bütün bunlarla bağlı əldə etdiyimiz yeni məlumatlar diqqət çəkir. Məlum olub ki, AXCP sədri Ə.Kərimlinin "siyasi mühacir" biznesinin əsas ortaqlarından biri hazırda Hollandiyada yaşayan, "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynlidir. F.Hüseynlinin məram və məqsədini anlamayan hər bir insandan 2500-3000 AVRO tələb edərək, onları "siyasi mühacir" kimi Hollandiyada yerlşdirəcəyi vədi ilə aldadaraq, pullarını mənimsəməsi ilə bağlı faktları işıqlandırmışıq. Məsələn, AXCP-nin Nizami rayon təşkilatının üzvü Vüqar Əzizovun başına gətirilənlər buna sübut ola bilər. Bu adamdan öncə, Ə.Kərimli 8000 manat, daha sonra isə F.Hüseynli 3000 AVRO pul alıb. AXCP-nin möhürü ilə V.Əzizova partiyanın saxta arayışını da verib. Məsələnin ən biabırçı tərəfi odur ki, AXCP-nin "siyasi mühacir"lik üçün verdiyi arayışlarda aşağıdakı cümlə xüsusi rəngdə verilir: "Polislə qarşıdurması olub, fotolar əlavə olunub". Rəzalətdir! F.Hüseynlinin "siyasi mühacir" biznesi ilə məşğul olduğunu, məhz buna görə təkcə Ə.Kərimliyə hesabat verdiyini sübut edən başqa bir məlumat əldə etmişik. "Azadlıq" qəzetinin baş redaktorunun müavini Rəhim Hacıyevin Avropaya üz tutmasından, yəqin ki, mətbuatdan məlumat əldə edənlər var. Bu adam Q.Zahidlə Ə.Kərimli arasıda seçim etməli oldu. Heç şübhəsiz ki, R.Hacıyev hələ Azərbaycanda ikən "siyasi mühacir" biznesinin məbuatla bağlı tərəflərinə əsas cavabdeh şəxs idi. "Siyasi mühacir" kimi Avropaya göndəriləcək şəxsin haqqında şişirdilmiş məlumatları "Azadlıq"da dərc etmək onun vəzifəsi idi və buna görə pul da alırdı. R.Hacıyev Fransaya üz tutaraq, Q.Zahidlə birlikdə fəaliyyətlərini davam etdirəcəyini fikirləşmişdi. Lakin heç nə alınmadı. Q.Zahid onu yaxına buraxmadı. Əlacsız qalan R.Hacıyev F.Hüseynlinin təklifi əsasında Hollandiyaya üz tutub. Lakin bu da ona asan başa gəlməyib. Bunun üçün Fikrətə 1500 AVRO ödəyən R.Hacıyev sonda, bir neçə gün bundan öncə, Hollandiya Məhkəməsi tərəfindən deport edilib. Yəni R.Hacıyev Hollandiyadan qovuldu. Hazırda nə edəcəyini bilməyən R.Hacıyevin ağılsız hərəkətləri nəticəsində özü ilə apardığı ailəsi də çıxılmaz vəziyyətdə qalıb. Əldə olunan məlumatlara görə, Fikrətin ondan aldığı 1500 AVROnun qaytarılması üçün Hollandiyadan Ə.Kərimliyə skaypla zəng edən R.Hacıyev rədd cavab alıb və alınan pulun tələb olunan sənədlərə sərf olunduğunu bildirib. "Nida"çılara söz verilib ki, eynicinsli insanlarla normal əlaqənin yaradılması üçün bütün şərait yaradılacaq "Avropasayağı" geyim adı altında cırıq-cırıq şalvarlar geyinən, eynicinslilərin evliliklərinə normal baxan, lezbiyanlarla və geylərlə bağlı yaradılan təşkilatların üzvü olan "Nida"çılardan Hollandiyaya getmək istəyənlər daha çoxdur. Məsələn, dəqiqliyi heç bir şübhə doğurmayan mənbədən əldə olunan informasiyaya görə, son 2 ayda 9 nəfər cəbhəçi Hollandiyaya getmək üçün F.Hüseynli ilə əlaqə yaradıb. Onların bir hissəsi tələb olunan vəsaiti düzəltməklə məşğuldurlar. Ən dəhşətlisi isə budur ki, "Nida"çılara orada eynicinsli insanlarla normal əlaqənin yaradılması üçün hər cür şərait yaradılacaq. Hətta adını açıqlamadıqları 26-27 yaşlı bir "Nida"çı oğlanın artıq Hollandiyaya getdiyi, yaxın günlərdə onun başqa bir kişi ilə toy edəcəyi də bildirilir.

Deputat: "Bu, saxtakarlıqdır, Azərbaycana və azərbaycançılığa qarşı xəyanətdir"

Ümumiyyətlə, AXCP-nin və digər dağıdıcı müxalifət partiya sədrlərinin müəyyən vəsait müqabilində ayrı-ayrı gənclərə üzvlük vəsiqəsi verərək, onları Avropaya "siyasi mühacir" kimi göndərmələri onlara nə vəd edir? Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bildirib ki, onlar, sadəcə olaraq, müəyyən qrup vətəndaşları xaricə göndərmək üçün firma rolunu oynayırlar: "Əvvəlcə vətəndaşlara üzvlük vəsiqəsi verir, sonra isə ildə bir neçə mitinq keçirir və həmin mitinqlərdə müəyyən olunmuş adamların guya polis tərəfindən tutulması, zorakılığa məruz qalması ilə bağlı fotosessiya nümayiş etdirir. Bununla həmin şəxslərin xaricə getməsini təşkil edir.

Bu mexanizm Azərbaycan cəmiyyətinə çoxdan məlum idi. Maraqlıdır ki, həmin kommersiyalaşmış müxalifətin rəhbərləri Azərbaycanda qaldıqları halda, partiyaya yeni qəbul olunmuş bir üzv, qısa zamanda, sıxışdırılmaq adı ilə Avropaya mühacirət edir. Doğrudan da, sıxıntı varsa, niyə bu partiya rəhbərlərinə qarşı özünü göstərmir? Azərbaycan cəmiyyətində tanınmayan və heç vaxt, heç bir siyasi prosesdə iştirak etməyən şəxs birdən-birə Avropaya köç edir. Hesab edirəm ki, bu, ilk növbədə, Azərbaycan siyasi müxalifətinin milli maraqlardan çoxdan uzaqlaşmasından xəbər verir.

RÖVŞƏN NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə