"Siyasi ət"çilər üçün qəssab kötüyü

Siyasət böyük işdir, amma bu işdə satılıb-satanla olanda, ortaya siyasət yox, "siyasi ət" çıxır. Həmin satan-satılan kiçik, türkün təbirincə desək, küçük adamlar virtual sallaqxanalardan özlərinin "siyasi ət"lərini camaata sırımağa çalışırlar. Belələrilə nə etmək lazımdır? Əlbəttə ki, baltalamaq! Və Əli Kərimli kimi, "siyasi ət" kötüklərini məntiq kötüyünün üstünə uzadıb, elə baltalamaq lazımdır ki, birdə səsləri çıxmasın.

Ancaq Ə.Kərimli kimilər o qədər həyasız məxluqlardır ki, təki qrant alsınlar, min yerə şaqqalanmağa da razıdırlar. Çünki bu, o Ə.Kərimlidir ki, bütün fəaliyyətini, "facebook"da, kompüter qarşısında oturaraq, yersiz çıxışlar etməsi üzərində qurur. "Stəkanda fırtına" görüntüsünü yaratmağa cəhd etməyə çalışan Ə.Kərimli indi də başlayıb Tarif Şurasının çıxardığı qərarına balta vurmağa. Ancaq onu da deyək ki, bu, o Ə.Kərimlidir ki, yeri gəlsə ölkədə əldə olunan uğurlara kölgə salmaq üçün, hətta özünü auksiona çıxarmağa belə razıdır. Təki ölkədə siyasi sabitlik pozulsun. Ancaq bu ət kötüyü anlamır ki, xalq-iqtidar birliyi o qədər güclüdür ki, onun kimi iblislər heç nəyə nail ola bilməyib, bilməyəcək də.

Deyəndə ki, Ə.Kərimli iblisdir, deyir ki, yox, "insanam". Ancaq AXCP sədrinin xəyanət xronologiyasına nəzər salsaq, onun kimliyi ilə bağlı suallara açıq şəkildə cavab tapmaq olar. Bu yerdə ASDP sədri Araz Əlizadənin dediklərini bir daha xatırlatmaq yerinə düşər: "AXCP tarixində Ə.Kərimli qədər pozuçuluq fəaliyyəti, Ə.Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci şeytan cildinə girən iblis olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

Bax, budur Ə.Kərimlinin iblis xisləti və bu iblis xislətli AXCP sədrinin Tarif Şurası ilə bağlı planı. Ancaq çifayda ki, bu plan da baş tutmayacaq. Çünki satqınçılıq və xəyanətin ömrü az olur. Məgər bu reallıq dəfələrlə təsdqini tapmayıbmı?

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə