Təxribatlar uğurlara kölgə sala bilmədi TƏHLİL

Gəncə şəhərində törədilən hadisələrdə xarici maraqlı dairələrin izi var

Son illər Azərbaycanda bütün sahələrdə müşahidə olunan yüksək inkişaf dinamikası əksər ölkələr üçün nümunəyə çevrilib. Azərbaycan iqtisadiyyatının 15 il ərzində 3 dəfə artması, dövlət büdcəsinin gəlirlərinin 10 dəfədən çox yüksəlməsi həyata keçirilən iqtisadi və infrastruktur islahatları nəticəsində yaranan yeni iqtisadi münasibətlərin səmərəli fəaliyyətinin inkaredilməz reallığıdır. Amma araşdırmalar əsaslanaraq, demək olar ki, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi, nüfuzunun yüksəlməsi yerli qüvvələrlə yanaşı, xarici dairələri də ciddi narahat edir. Məhz bu səbəbdən, hər vəchlə Azərbaycanın inqilabi dəyişikliklərə bərabər uğurlarına kölgə salmaq üçün mümkün vastə və üsüllardan istifadə etməkdən çəkinmirlər. Son günlər Gəncədə baş verən və bu hadisələrdə, artıq bir sıra xarici maraqlı dairələrin izi olduğu sübut edilməkdə olan hadislər də bu qəbildəndir. Gəncə şəhərində icra hakimiyyətinin başçısına qarşı həyata keçirilıən terror aktının ardınca iki polis zabitinin radikal dini cəriyanlar tərəfindən kəsici-deşici alətlərlə qətlə yetirilmələri xaricdəki pozucu qurupların planlaşdırdıqları dövlətə və dövlətçiliyimizə qarşı məkrli planların tərkib hissəsidir. Amma o qüvvələr çirkin niyyətlərinə nail ola bilmədilər. Çünki xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Qanlı cinayyəti törədən gənclər düşünmədən Azərbaycan dövlətinə və müstəqilliyimizə vurulan zərbə ilə tariximizin qara səhifəsinə çevrildilər. Şübhəsiz ki, Azərbaycanın güclü dövləti və qüdrətli ordusu var. Bu baxımdan, xarici qüvvələrin pozuculuq aktları törətməsi mümükünsüzdür.

Azərbaycan diqtə edən dövlətə çevrilib

Birmənalı şəkildə demək olar ki, Azərbaycan regionun lider dövlətidir. İnsanların həyat şəraiti günü-gündən daha da yaxşılaşır. "Sabitlik olan yerdə iqtisadi uğurlara da nail olmaq mümkündür" prinsipinə uyğun olaraq, ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır". Ölkəmizin iqtisadiyyatının qlobal böhranın həmlələrinə dayanaqlı müqaviməti dünyanın əksər iqtisadi və maliyyə mərkəzlərinin hesabatlarında öz əksini tapıb.

Davos İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biri, inklüziv inkişaf baxımından isə inkişafda olan ölkələr arasında üçüncüdür. Bu göstəricilərin əldə olunmasında Azərbaycan hökumətinin azad sahibkarlığın inkişafı istiqamətində gördüyü tədbirlərin rolu əvəzsizdir. Hökumət sahibkarlığın inkişafına maneə olan bütün neqativ hallara qarşı mübarizə aparmaqla yanaşı, dünya praktikasında bu sahədə mövcud olan mütərəqqi təcrübənin tətbiqi baxımından çox işlər görür. İnvestisiyaların və ixracın dövlət tərəfindən təşviq edilməsi ölkə iqtisadiyyatına həm daxili, həm də xarici investorların cəlb edilməsi işində əvəzsiz rol oynayır. Bu günə qədər isə 229 sahibkar 257 investisiya təşviqi sənədi alıb. Nəticədə, reallaşacaq layihələrə 2,3 milyard manat sərmayə qoyulub. Əldə olunan iqtisadi uğurlarla yanaşı, siyasi sabitlik də diqqəti çəkir.

Azərbaycan nümunəvi model yaradıb

Bu günlər beynəlxalq təşkilatların hesabatlarında 25 sabit, sakit dövlətlər arasında Azərbaycanın adının əks olunması qeyd olunlara bariz nümunə sayıla bilər. Bu baxımdan, düşmən dəyirmanına su tökən, sapı özümüzdən olan balatalar başa düşməlidirlər ki, Azərbaycan 1990- cı illərin Azərbaycanı deyil. Ölkəmiz dinamik inkişafa və siyasi-iqtisadi uğurlara malik dövlətdir. Bu gün Azərbaycan dünyada söz sahibidir, dövlətimizin rəyi və rolu olmadan regionda heç bir layihə həyata keçrilə bilməz. Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Ulu Öndər Heydər Əliyev xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra çox terrorların, iğtişaşların qarşısını aldı və müstəqilliyimizi qoruyub saxlaya bildi. Sübuta yetirildi ki, Ulu Öndər Heydər Əliyev olmasaydı Azərbaycan parçalanmış, viran qalmış, müstəqilliyini itirmiş bir ölkə olacaqdı. Bugünkü güclü-qüdrətli Azərbaycan Dahi Öndər Heydər Əliyevin qurduğu dövlətdir. Xoşbəxtik ki, Onun müdirik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycanın öz sərvətləri ilə, siyasəti ilə, idmanı ilə dünyada tanınmış və nüfuzlu ölkə olması hər bir vətəndaşın qurur mənbəyidir.

Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə