Müsavatın qurultay keçirməsi də, deyəsən, bəlalı olacaq. Ona görə bəlalı deyirəm ki, bir tərəfdən, hətta iillərdir başqan olduğu müsavatçılar qarşısında, bir tərəfdən də, bu xalq və bu millət qarşısında günahların o qədər böyükdür ki...

Ancaq məsələ ondadır ki, İ.Qəmbər, həmişə olduğu kimi, indi də "qara məni basınca, mən qaranı basım" iyrənc ideyası ilə mövcud günahlarını boynuna almır. Elə götürək, Arif Hacılını saxta seçkilər vasitəsilə Müsavata başqan gətirməsini etiraf etməməsini. Bu gün partiyanın qurulmasında xidmətləri olmuş əsas adamlar onun səhvləri nəticəsində, ya digər partiyalardadırlar, ya öz partiyalarını qurublar, ya da, ümumiyyətlə, siyasi səhnəni tərk ediblər. O, yenə də tərslik edərək, etiraf etmir ki, o, bu gün də partiyaya kölgə başqanlığı edir. Etiraf etmir ki, "MSDM"i yaradarkən, bunu siyasi-ictimai maraqlar üçün deyil, şəxsi maraqları üçün təsis edib ki, növbəti seçkilərdə iştirak etsin. Ancaq İsa Qəmbər yenə də tərslik edərək, bunu etiraf etmir ki, etmir...

Hələ 2015-ci ilin parlament seçkiləri ərəfəsində prosesə qatılmaq üçün Müsavat partiyasından namizədliyini irəli sürərkən, İ.Qəmbər bəyan etmişdi ki, Müsavat daxilində gedən proseslərə rəğmən, bu mübarizə iqtidarla Müsavat arasında olan məsələdir. Nə qədər məntiqsizlik və gülünc düşüncə. Əgər xatırlayırsınızsa, həmin ərəfədə Müsavat partiyası dağılmağa, parçalanmağa və məhv olaraq deqradasiyaya uğramağa başlayırdı, İ.Qəmbər isə bütün günahları atırdı iqtidarın üzərinə ki, sən demə, oradakı narazılar hakimiyyətə işləyirmiş. Yəni o, Müsavatda avtoritar rejimi qoruyub-saxlamaq üçün, hətta ən aparıcı şəxslərin istefalarına göz yumur, səhvini isə yenə də boynuna almır, əsas günahlarını da atır yenə də hakimiyyətin üzərinə.

İsa Qəmbər Müsavatı parçalayanların ən zırpısıdır

Məgər İ.Qəmbərin qəbahətləri bununla bitir? Demə, hakimiyyətə qarşı radikallıqları ilə seçilən sabiq müsavatçılar - Səxavət Əlisoy, Hikmət Hacızadə, Əlövsət Talışxanlı, Vurğun Əyyub, Qubad İbadoğlu və başqaları hələ o vaxtlar narazılar qrupunda yer alarkən, hakimiyyətlə iş birliyi quraraq, Müsavatı parçalamaq yolunu tutublarmış. Çox gülməli və gülməli olduğu qədər də partiyanın acınacaqlı vəziyyətə düşməsinin bariz göstəricisidir. Çünki reallıqda İ.Qəmbər Müsavatı parçalayanlardan ən yekəsi, ən nəhəngi, ən böyüyü, ən zırpısıdır özüdür və bunu deməyə cürəti də çatmır.

Bu gün İ.Qəmbər, formal olaraq, Müsavatın rəhbəri olmasa da, qeyri-formal qaydada A.Hacılını və onun tayfa komandasını idarə edir. Bnunla yanaşı, Müsavatdan istefa verənlərin çoxu da İ.Qəmbərdən də artıq müsavatçılardır desək, heç də yanılmarıq. Bu qədər qəbahətləri olan İ.Qəmbər, yaxşı olardı ki, 2018-ci ilə təyin edilən Müsavatın qurultayına qədər özünü hazırlamaqdansa, cürət tapıb, bircə dəfə partiyadan çıxan partiyadaşlarına etiraf etsin ki, A.Hacılının saxta başqan olmasında agünahları böyükdür. Yox, əgər belə etmirsə, buna cürəti çatmırsa, onda özü kimi ağılsız ifadələrini özündə saxlasın və siyasətdən üzüsulu tərzdə ayrılsın. Elə, məncə də, İ.Qəmbər siyasətdən üzüsulu getsə yaxşıdır...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə