Gəncə hadisələrindən Əli Kərimlinin manipulyasiyası

1994-cü ilin 21 may mitinqində üzərində partlayıcı maddə tapılmasına görə, həbs edilən Əli Kərimli hələ də terrorçu xislətindən əl çəkmir

Dağıdıcı müxalif ünsürlər yenidən iş başına keçirək, təlimata və tapşırıqlara uyğun olaraq, məkrli fəaliyyətlərini qurmağa çalışırlar. Maraqlı məqam isə odur ki, müxalifər bu dəfə pozucu fəaliyyətini küçələrdə və meydanlarda deyil sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə cəhdlər göstərir. Yenə də əsas rolda AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacıldır. Söz yox ki, onları bu cür anormal işə məcbur edən xarici anti-Azərbaycan qüvvələrdir. Dağıdıcı ünsürlər bununla xaricdəki məkrli qüvvələrdən və ermənipərəst dairələrdən qrant almağa ümid bəsləyirlər. Bu iddialarda hətta, bir-birinə də güzəştə getmirlər. Mübarizə fonunda tez-tez xaricdəki ağalarına bir-birləri haqqında kompramat ötürür, bununla da, önə çıxmaq, "birinciliyi" əldə etmək və radikal müxalifətin əsas siyasi siması kimi görünmək istəyirlər. Ancaq birmənalı şəkildə, demək olar ki, xaricdə oturan və oradan dağıdıcı müxalifəti istədikləri kimi idarə edən qüvvələrin bu dəfə də iflasla üzləşəcəkləri şübhəsizdir. Təbii ki, bununla, yenə də uduzan, xalqın gözündə bir qədər də cılızlaşan müxalifət partiyaları və onların liderləri olacaq.

Xarici ağalarına boyun əyən müxalif

Baxmayaraq ki, hələ də, bəzi müxalif partiya sədrləri ifşa olunduqları ilə barışmayaraq, müxtəlif şoular yaratmaqla uduzmağa hazır olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Hətta Müsavat başqanı A.Hacılı, AXCP sədri Ə.Kərimli və onların ətrafında olanlar sosial şəbəkələr vasitəsi ilə xarici ağalarına işarə vuraraq, onlardan dəstək istəyirlər. Bu dəstək nədən ibarət ola bilər? Pul, yoxsa müəyyən plan. Təbii ki, hər ikisi bu günə qədər müxalifətə göstərilib. Yəni dağıdıcı müxalif ünsürlərə hərtərəfli maddi və mənəvi dəstə verilib. Bu halda, şübhə yeri qalmır ki, müxalifət beynəlxalq təşkilatlarda Azərbaycana zərbə vurulmasını, haqqında hansısasa anorma qətnamənin qəbul edilməsini istəyir. Ancaq yanılırlar. Çünki Azərbaycan istənilən beynəlxalq təşkilatla ikitərəfli səmərəli əməkdaşlıq münasibətlərinə malikdir. Müxalif ünsürlərin bu əlaqələrə əngəl olmaları mümkünsüzdür. Olsa-olsa erməni lobbisinin himayəsi ilə xarici mətbu orqanlarda Azərbaycan əleyhinə anti-təbliğar xarakterli məqalələr dərc oluna bilər ki, bu da ancaq "it hürər karvan keçər" məsləsi kimi dəyərləndirilir. Bir də ki, Ə.Kərimli kimilərin umacları şərdən-böhtandan yoğrulub. Lideri Əbulfəz Elçibəyi zamanında lağ obyektinə çevirən, nəhayətdə, onu zəhərləyən şəxsdən hər cür yaramazlıq gözləmək mümkündür. Halbuki onu siyasətçi kimi yetişdirən və formalaşdıran hakimiyyəti dönəmində ona ən yüksək dövlət vəzifəsini həvalə edən Elçibəy olmuşdur.

Xəyanət və satqınlıq Əli Kərimlinin həyat tərzidir

Baxmayaraq ki, Ə.Kərimli Elçibəyin xidmətlərinin üstündən xətt çəkməyə və siyasətçi kimi yetişməsinin öz zəhmətinin bəhrəsi olduğunu nümayiş etdirməyə çalışır. İddialar da irəli sürür ki, Elçibəy gününü Kələkidə keçirdiyi halda, o, 1994-cü ildə Bakıya qayıdıb, birinci müavini qismində AXC-ni yenidən qurub və təşkilatlandırıb. Amma hansı hiyləgərliklərlə AXC-yə yiyələndiyi özü ilə yanaşı, cəmiyyətə də məlumdur. O da bəllidir ki. AXC sədrliyinə iddialı Pənah Hüseyn, İbrahim İbrahimli, İsa Qəmbər, Fazil Mustafa, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, İsgəndər Həmidov kimi nüfuzlu müxalif liderlərin kölgəsində qalmamaq üçün Ə.Kərimli hansı məzhəkələr qurub, şoular təşkil edib. Başlıcası, önə çıxmaq üçün ötən əsrin 94-cü ilinin 21 may mitinqində üzərində partlayıcı maddə aşkarlandığı üçün həbs edilən Ə.Kərimli qısa müddət sonra azadlığa necə çıxdığının təfərrüfatları siyasi prosesləri izləyən hər kəsə məlumdur. Bir məqam var ki, Ə.Kərimli qısa müddətli həbs tarixçəsində özünə sonrakı həyat yaşamında üzü qaranlıq gətirən əməllər sahibi kimi izlər qoyub. Bunu "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev deyir. Sonradan H.Hacıyevin irəli sürdüyü faktları Müsavat başqanının keçmiş müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da təsdiqlədi. Həbsdən üzü qara çıxan Ə.Kərimli az sonra AXC-ni və bununla paralel olaraq "Yurd"u tam dağılmaqdan qoruya bildi. Bundan ruhlandıqda, lideri Ə.Elçibəyi sıradan çıxartmaq siyasəti apardı. Demək olar ki, qismən də olsa, məkrli niyyətinə nail ola bildi. Kollegial orqanlarda Ə.Kərimlinin iddiaları və təkifləri reallaşdı.

Əli Kərimli istintaqa cəlb edilsə, bir sıra qaranlıq suallara aydınlıq gətirilər

Bu, azmış kimi, Ə.Kərimli özünə yaxın "Azadlıq", "Bu gün", "Çağ", "Ulus", "Aydınlıq", "Ayna" kimi qəzetlərdə Elçibəyi təhqir edən məqalələr dərc etdirdi. Beləliklə, Elçibəyi sıxışdırmağa müvəffəq oldu. Ən nəhatətdə isə, onun zəhərlənməsinə nail ola bildi. Amma bir məsələ var, "nə əkərsən, onu da biçərsən". Zamanında liderinə quyu qazan Ə.Kərimli bu gün etdiklərinin bədəlini ödəməkdədir. Düzdür, uzun illərdir xalqın iradəsinə, dövlətçiliyə qarşı çıxan, liderinə xəyanəti ilə özünə mənfi imic qazanan və antimilli və anti-Azərbaycan qüvvələrin əlində alət olan Ə.Kərimli uğursuzluqlarını ört-basır etməyə cəhdlər göstərir. Bu, azmış kimi, müəyyən məram və məqsədlərini anlamayan bir neçə gənci ələ alıb, onlar vasitəsi ilə sosial şəbəkələrdə dövlət və xalq əleyhinə şər və böhtan kampaniyası aparır. Heç şübhəsiz ki. Gəncə şəhərində iki polis zabitinin qətlə yetirilməsində Ə.Kərimlinin də rolu olub. Əgər hüquq - mühafizə orqanları Ə.Kərimlini tutub, istintaqa cəlb etsə, bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilmiş olar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə