Paşinyan kimin “uşağıdır”: Qərbin, yoxsa Putinin?

Diqqətlə izləmişəm: nə oyundursa Ermənistandakı komediyalı siyasi “inqilab” sыenarisinin kimə məxsus olması hələ də “sirri-xuda” olaraq qalır. Çox vaxt bu qənaətə gəlirəm ki, dünyanı axmaqlar idarə edirlər. Çünki Ermənistandakı bu qurama “inqilab”dan sonra hakimiyyət başına gətirilən( Bəli, məhz GƏTİRİLƏN!) Nikol Paşinyan, demək olar ki, gözləri ancaq kameralara zillənmiş həvəskar aktyorlar kimi, ora-bura baxıb qərar verməklə məşğuldur. Açıqdan-açığa görünür ki, bu adam peşəkar siyasət və dövlət idarəçiliyi barədə bircə kəlmə də təsəvvürə sahib deyil. Bu barədə heç olmasa bir neçə işarə oxusaydı, hər halda əzbərçilik də olsa, onları tətbiq edərdi bir aylıq hakimiyyəti günlərində. N.Paşinyan kimin nəyinə gərək idi, kimin maraqlarına cavab verən fiqur idi ki, S.Sarkisyanın siyasi ölüm qərarını verənlər bu boyda Ermənistandan axtarıb-axtarıb ancaq bu adamı seçdilər?.

Əgər Ermənistandakı yalançı inqilab şousu elə V.Putinin “əl işidirsə”, onda bu daha da pis. O boyda Moskva yəni narazı ermənilərin gözündən düşən S.Sarkisyanı sakitcə, deyə-gülə hakimiyyətdən qovmaq üçün bu boyda yalançı həngaməmi qopardardı Yerevan küçələrində?. Az qala ABŞ-dakı prezident seçkilərinə qədər əli uzanan Moskvanın, müti və daima Rusiya qarşısında quyruğ bulayan Ermənistanda bu boyda həngamə açmasına nə ehtiyac vardı?. Bəyəm Putinin bir göz ağartması bəs etmirdi ki, S.Sarkisyanı başqa birisi ilə sakitcə əvəzləsinlər?. Nədir, yoxsa erməni xalqı Rusiyaya asi olacaqdı?-ömründə mümkün deyil!.

N.Paşinyan bu gün, artıq küçə psixologiyası ilə hakimiyyət idarəçiliyinin yol ayrıcında qalan çarəsiz və zavallı “qəhrəmandır”. Bu saqqalı adam, sadəcə küçə etirazlarını hakimiyyət dəhlizlərinə qədər gətirmək işini bacardı. Bu işdə onu mahir usta-filan adlandırmaq da gülünc olardı. Çünki Ermənistanda bu işi ondan qat-qat əla bacaracaq o qədər “inqilab aktyorları” var ki. Sadəcə, ona bu işdə həm S.Sarkisyanın erməniləri boğaza yığan amansız kriminal diktaturası, həm də onu dəstəkləyən, arxasında duran güclərin himayəsi kömək durdu. Ayağını hakimiyyət kəndarından içəri qoyandan sonrakı dövr isə, bu adamlıq deyil.

S.Sarkisyandan cana yığılmış ermənilər üçün həmin günlərdə istənilən siyasi aktyor, əsl qəhrəman kimi görünürdü. Baxın, bu adam artıq bir aydan çoxdur ki, hakimiyyətdədir və dövlətin sükanını, sürücülük “pravosunu” pulla alan həvəskar sürücülər kimi idarə edir.

İndi isə, məsələnin əsl mahiyyətinə gələk. Kimdir N.Paşinyanın əsl senaristi, kim onu narazı ermənilərin qabağına ötürüb S.Sarkisyanı hakimiyyətdən tullamaq üçün kütlə dirijoru kimi küçələrə çıxarıb?. Ermənistandakı bu yalançı inqilab görüntüsü kimə lazım idi,- Putinə, yoxsa qərbə?.

Hamı yazır, hər şeyi deyir, amma bu suala heç kim konkret, beş-üç cümlə ilə cavab verə bilmir. Diqqət edin, ciddi siyasi çəkisi olan istənilən politoloq, Serj Sarkisyanın hələ hadisələrin ilk günlərindən gülüşlə qarşıladığı, ciddiyə almadığı, amma sonunda məhz bu adamın əli ilə siyasi zibilliyə göndərildiyi bu komediyanı və ssenarinin əsas “qəhrəmanı” olan Nikol Paşinyanın xaç atasının kimliyini izah edə bilmir.

Yenə deyirəm, hamı elə bir ağızdan iddia edir ki, erməni xalqı daha Serjikin bu diktator idarəçiliyinə dözmədi, guya küçələrə çıxan ermənilər, artıq Sarkisyanın diktator idarəçiliyini qeyrətlərinə sığışdırmadılar və sairə. Oldu inqilab və əhali kütlənin önündə kənd qəbiristanlığına ölü aparan molla kimi düşüb həvəslə Qarabağ klanının axırına çıxmaq istəyən N.Paşinyanın arxasınca düşüb başladı “etirazalara”.

Ən azından erməni xislətinə bələd olanlar əla bilir ki, bu xalqın genefonunda etiraz etmək, hüququnu qorumaq, şərəfi barədə fikirləşmək, ağasının üzünə ağ olmaq kimi cəhətlər qəti yoxdur. Hiyləgər erməni əla bilir ki, Rusiyanın üzünə ağ olmaq, Ermənistan üçün nəyə bərabərdir. Elə son günlər rusiyalı politoloqların da tez-tez Ermənistana yönəlik hədə-qorxuları, “Biz olmasaq Azərbaycan sizi anındaca məhv edər” tipli açıqlamalar səsələndirmələri, ermənilərin Rusiyanın üzünə ağ olmaları təqdirində nə ilə üzləşəcəklərinə aydın işarədir. Bəs N.Paşinyan kimin uşağıdır, kimin maraqları üçün hakimiyyətə gətirilib?. Sual da çətindir, elə cavabı da. Bu sualın cavabını ilin sonuna qədər biləcəyik. Çünki köhnə suallarla yeni ilə girmirlər. Yəqin belə də olacaq...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə