Vəli VƏLİYEV

Nəsiminin “Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar” ibrətamiz beytini yəqin çoxları bilir. Azərbaycan Nəsimidir, həqq dediyi üçün dərisi soyulan, haqlı ikən haqsız duruma düşürüləndir. Torpaqlarını işğal edənin iç üzünü açarkən, həqiqəti deyərkən ittiham olunan, basqılara məruz qalan Azərbaycan dar ağacına çəkilən Nəsimidir. Sadəcə zaman dəyişib, haqlılar və haqsızlar, Vətənini sevənlər və xainlər, bir tikə halal çörəkdən ötrü geşə-gündüz çalışan və bir tikə çörək üçün millətini hərraca çıxaranların tandemi yaşanır bu gün. Hakimiyyətə küçə siyasəti ilə gəlməyə çalışan, özünü kübar cəmiyyətin nüfuzlu nəfəri hesab edən, erməni, rus və yəhudilərin bir qisminin Bakıdan köçməsini həzm edə bilməyən, onların əvəzinə Bakıya “çuşka”ların doluşduğunu və bundan əndişəli olduğunu gizlətməyən Rüstəm İbrahimbəyov bu gün Nəsiminin qanına bulaşdığına görə kəsilməli olan barmağının hayına qalan zavallı Zahidin prototipidir. Nə qədər ki, hakimiyyətə gedən yollar cahil müxalifətin zəif lampası ilə işıqlandırılmışdı o “mənim millətim, mənim xalqım, mənim Azərbaycanım” deyirdi, ifşa olunan kimi isə “valı” 180 dərəcə dəyişdi. Moskvaya çatar-çatmaz “bakılı” erməniləri başına toplayıb planlar qurdu. Budur onun xisləti...

Dünyada ərzaq təhlükəsizliyindən danışanda ilk növbədə ağlımıza GMO (Geni Modifikasiya Olunmuş) gəlir. Gen mühəndisliyinin icadı olan bu yenilikdə nədənsə həmişə bitki mənşəli qidalar, bitkilər, ağaclar, tərəvəzlər yada düşür. Kimsə insanın bu dəyişkənliyə məruz qala biləcəyini təxmin etmir. Amma buna Rüstəm İbrahimbəyovun timsalında inanmaq lazımdır. Bu buqələmun “rejissor”un DNT-sindəki bəzi genomların ermənilərdən alınmasına kimsədə şübhə olmasın. Bunu bir mütəxəssis kimi deyirəm, Rüstəm İbrahimbəyov GMO-dur.

Filmlərində cümlə müsəlmanları aşağılamaqla özünə “ad-san” qazanmış “məşhur rejissor” növbəti filmində - “Qafqaz üçlüyü”ndə daha dərinə gedərək öz millətini – azərbaycanlıları təhqir edib. Təbii ki, bunun ödülünü alacağı ümidi ilə...

Filmin süjet xətti bəlli olduğu üçün təfsilata varmaq istəmirəm. Məni düşündürən başqa məsələdir. Niyə Rüstəm İbrahimbəyov və niyə Azərbaycan xalqını aşağılamağı qarşısına məqsəd qoymuş film? Hələlik ağlımda bir cavab var, “Orxan Pamuk” gedişi. “Qar” romanı ilə Türkiyəyə və türk xalqına həqarət edən Pamuk buna görə “Nobel”lə ödülləndirildi. Çünki ermənilərin yiyələrinin xoşuna getmişdi. Yüz ildir ki, bütün dünyaya sırıdıqları yalanlara yüz ildə bir türk dəstək vermişdi. Ermənilər 100 il idi ki, yalan təbliğat aparsalar da, “soyqırımı” iddialarını irəli sürsələr də öz yalanlarına özləri də inanmırdılar. Amma tanınmış və başıboş bir türk yazar “hə” deyən kimi bunu fakt kimi Türkiyənin və türklərin qabağına dikdilər. Oxşar hadisə Azərbaycanda da gedir, ermənilər guya mələk olduqlarını, azərbaycanlıların isə vəhşi, erməni qanına susayan millət olduğunu neçə onillikdir ki, söyləməkdədirlər. Amma dünya bir o qədər də buna reaksiya vermirdi, əkrəmlərin, rüstəmlərin cahilliyi erməniləri ruhlandırmaqdadır. Onlar, “baxın azərbaycanlıların vəhşi, erməni qanına susamış millət olduğunu biz demirik, bunu özünüz təsdiq edirsiniz” deyə utanmadan yazırlar.

Hərdən öz-özümə sual verirəm, bizim günahımız nədir? Biz nə etmişik ki, hər yetən bizi günahlandırır, bizi dünyaya vəhşi millət kimi təqdim etməyə çalışır? Erməniləri və onlara havadarlıq edənləri başa düşürük, bəs pasportunda azərbaycanlı yazılanları necə başa düşək? Tutaq ki, bunları da başa düşdük, erməni ataları döğum haqda şəhadətnamələrinə “azərbaycanlı” kimi qeyd etdirib. Bəs özlərini ağıl dəryası sayan, insanları küçə və meydanlara tökən və özlərini gələcəyin iqtidarı kimi təqdim edən Milli Şuranın başında duran Əli Kərimli və Cəmil Həsənli? Bundan sonra nə üzlə camaatın üzünə çəxacaqlar? Baş verən bu utancverici olaydan sonra Əli də, Cəmil də, onların ətrafında olanlar da hələlik susurlar. Ona görə yox ki, yadlarına abır-həya düşüb, ona görə ki, tutarlı arqument axtarırlar, Rüstəm İbrahimbəyovu bu zibilin içindən necə çıxara biləcək arqument. Amma çox gecdir, "bəylər"...

Bütün xəbərlər Facebook səhifəmizdə