AŞPA və milli “dura” bənzərliyi

İstər burada, istərsə də Avropa ölkələrində, ABŞ-da çənə-boğazlarından qalmayan sosial şəbəkə “qəhrəmanları” bu işlərində sifariş aldıqları dairələr qarşısındakı “sədaqətlərini” davam etdirməkdədirlər. Özü də dövlət və millət əleyhinə ən ifratçı fikirləri ilə onlardan fərqli olaraq sağlam düşüncəli ictimai rəyin necə deyərlər, zəndeyi-zəhləsini aparmaqla. Biriləri “Milli Şura” adlı satqın təşkilatda rus demişkən, “duralıq” (axmaq qadın-R.) edərək, hələ 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində canfəşanlıq göstərən Yelena Bonnerə bənzəməyə çalışır, biriləri başından güllələnərək cəhənnəmə vasil edilmiş xalqımızın qatı düşməni Qalina Staravoytovalıq edir, biriləri də məhz Zori Balayan qədər türk və azərbaycanlılara düşmən kəsilir, biriləri də Azərbaycan əleyhinə açıq-aşkar düşmənçilik edən AŞPA, ATƏT PA və s. tipli “demokatik təsisatların” dövlətimiz əleyhinə çıxarılan qərəzli, şərbaz, böhtançı “hesabatları”, “qətnamələri” əllərində bayraq tutub, erməniyə peşkəş edirlər və bu siyahını artırmaq olar. Ancaq həmin siyahını artırana qədər əsas məğzə keçmək daha məntiqəuyğun olardı. Qısası, bənzərlik ortadadır...

Məsələ ondadır ki, ölkəmiz əleyhinə çıxarılan “hesabatdan” dolayı ermənidən betər erməni qədər dövlət maraqlarımıza qarşı hücuma keçən Gültəkin Hacıbəyli, Əli Kərimli, Cəmil Həsənli, Qurban Məmmədov, Vidadi İsgəndərli, Orduxan Teymurxan, Leyla Yunus və digər bənzər simasızlar yığnağı anlamırlar ki, onların atdıqları hər bir addım birbaşa erməni dəyirmanına su tökür və düşmən dəyirmanı daha sürətlə, daha səsli-küylü şəkildə çax-çax edir...

Bu gün sosial şəbəkədələrdə huya ki, öz təbirlərincə “qəhrəmanlıq” edən məxluqatlar, ünsürlər indi də “siyasi məhbus” məsələsini süni surətdə şişirtməklə, Azərbaycan əleyhinə təzyiq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzun sarsıldılması üçün vasitə kimi istifadə edirlər. Halbuki, Azərbaycanın üzərinə öz qarayaxmaları ilə getməyə cəhd edən və AŞPA-nın erməni lobbisindən rüşvət alan deputatlarının bəlli münasibətləri, eləcə də həmin münasibətlərə milli ağac qurdları tərəfindən verilən dəstək birbaşa Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini zəiflətməyə və Ermənistanın cinahını möhkəmlədirməyə yönəlmiş çirkin, xain planın tərkib hissəsidir. Söz yox ki, onlar Qərbdə Azərbaycan barədə mənfi imic yaratmaqla ölkəmizin mövqelərini sarsıdırlar.

Artıq kifayət qədər faktlar mövcuddur ki, bu işdə ən qabağa çıxarılan adamlar vaxtilə müxtəlif kəşfiyyat orqanları, ermənilərin özünün kəşfiyyatı tərəfindən təsir dairəsinə salınan adamlardır. Təsadüfi deyil ki, bu adamlar öz məqsədləri barədə ünvanlanan heç bir suallara cavab verə bilmirlər. Çünki onların məqsədi Ermənistanın maraqları - Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin zəiflədilməsidir!

Təbii ki, onlar nə əvvəllər, nə də bundan sonra öz çirkab qoxulu niyyətlərinə çata bilməyəcəklər. Çünki anti-Azərbaycan qətnaməsinin AŞPA-da qəbul olunmasında canfəşanlıq edənlərin haray-şivənləri son anda güclü xalq-iqtidar birliyi tərəfindən zibil yeşiyinə atılır. Bir daha “siyasi məhbus” adlandırılanların kimliklərini nəzərdən keçirək və xüsusilə, “Milli Şura”nın “durası” Gültəkin Hacıbəylinin nədənsə AXCP-nin dövlət sərhəddindən qeyri-qanuni valyuta keçirməyə cəhd göstərərək həbsə alınan sədr müavini Gözəl Bayramlıya görə ətəyini başına çəkib, Azərbaycan dövlətinə lənət oxumasının məqsədini araşdıraq.

Vaxtilə, deputat olarkən əlillərin, şəhid ailələrinin, Qarabağ qazilərinin halal torpaqlarını əllərindən alan Gültəkin Hacıbəyli, yəni yuxarıda qeyd etdiyim Yelena Bonnerin bənzəri yaxşı bilir ki, G.Bayramlı Azərbaycan qanunlarını pozub və layiqli cavabını qanun çərçivəsində alıb, eyni zamanda, “siyasi məhbus” adlandırdığı fərdlərin hər birinin bu dövlət, bu xalq qarşısında cinayət əməlləri mövcuddur, özü də təsdiq və sübutlarla! Onlar metro partladıb terror törətmiş, radikal dini qruplaşmalara qoşulub, terror törətmək istəyən və buna görə ifşa olunaraq tutulan şəxslərdirlər. Ancaq bunlar üçün elə deyil, çünki “siyasi məhbus” məsələsində qazancları var. Bir qazanc, pul alıb adlarını siyahılara saldıqları cinayətkarların ailələri tərəfindən, bir də erməni lobbisinin Qərbdəki pulburaxanları tərəfindən. Zamanı gəldikcə, bütün bunların üstü açılır və açılacaq da. Necə ki, vaxtilə Əli Kərimli ilə Xədicə İsmayılın “siyasi məhbus” siyahıları üst-üstə düşməyərək, sonradan ifşa olunmuşdu!

Bu gün ermənidən rüşvət alıb Azərbaycan əleyhinə hürən ermənisifət avrodeputatlar nədənsə Avropada radikal dindarların sıxışdırılmasını terrorizmə qarşı mübarizə adlandırırlar, ancaq Azərbaycanda bənzər addımlar atılanda ona “siyasi məhbus” donu geyindirirlər. Ümumiyyətlə, bu kimi absurdlar çoxdur, hətta kifayət qədər çoxdur. Sadəcə, bir mərkəzdən idarə olunan avropalı ünsürlər və milli xainlər yığnağı qazanc yeri tapıblar və bu qazanc əlbət ki, bir gün öz burunlarından gələcək. Nə Allah, nə də Azərbaycan xalqı belələ haramzadələrin ayaq açıb-yerimələrinə imkan verməyəcək. Aha, yazdım buracığa...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...