Bəs sizlər kimilərin xunveybinlərisiniz?

Artıq uzun müddətdir ki, Avropada özlərini “mübariz insanlar” kimi təqdim edən milli xainlər hələ də erməni lobbisinin xidmətində dayanaraq, canfəşanlıqla öz nökərçiliklərini davam etdirirlər. Söz yox ki, Azərbaycanda keçirilmiş son seçki faktoru bunlara ciddi şəkildə zərbə vurub və bu zərbə onlara hələ çox əziyyət vercək. Çünki həmin zərbəni xainlərə xalqın iradəsi vurub. Digər tərəfdən, bu gün onları “qəhrəman” elan edən sosial şəbəkələrdəki bir sıra səhifələr, misal üçün “turan tv” və s. satqınlar toplumu xalqın bu seçimini guya ki, öz təbirlərincə “lağa” qoyurlar. Halbuki, bu seçimə barmaqarası baxanlar bilavasitə xalqı təhqir edirlər.

Yeri gəlmişkən, özlərindən əndrəbadi ifadələr düzüb-qoşan xainlər ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın bəlli “seçki rəyini” əllərində “bayraq” edib ona qarşı çıxanları “xumveybinlər” adalandırıb. Əvvəla bu ifadənin haradan qaynaqlandığını dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim. “Xumveybin” Çində ötən əsrin 1966-67-ci illərində mədəni inqilab edən və qırmızı qvardiya adlandırılan tələbələrə deyilib. Lakin, bu ifadənin Azərbaycan dövlətinin maraqlarına xidmət edən şəxslərə qarşı işlədilməsinin hansı məna kəsb etməsini təhlil etməyə də zərurət qalmır. Baxın və görün ki, aşığın sözü qurtaranda necə “dalay-dalay” deyərmiş...

Heç 1917-də Lenin o qələti etməyib...

Məsələ heç “xumveybin” ifadəsində də deyil. Məsələ adları çəkilən təşkilatların bilavasitə Azərbaycan xalqının iradəsinə qarşı az qala təhqiramiz davranışlarına qarşı çıxış edən bir qrup Vətən, dövlət aşiqinin etiraz səslərini ucaltmasındadır. Azərbaycan dövlətinin dəvəti ilə gəl seçkini izlə və seçki prosesi zamanı hər şeyin demokratik qaydada getdiyini bəyan elə, rəyə gələndə dediklərini təkzib edib tamamilə əks mövqe sərgilə! Bax, buna deyərlər, ikili standart və riyakarlıq! İndi də bu riyakarlığa qarşı çıxış edənləri müxtəlif adlarda guya ki, ələ salan xainlər toplumu özləri-özlərini ifşa edirlər. İndi guya bunlar bizləri, yəni Azərbaycan seçicisinin qərarını müdafiə edənləri tənqid edirlər. Ancaq haraya qədər..? Oraya qədər ki, erməni lobbisinin bunlara xərclədikləri pullar bitəcək. Sonrasında isə tullanacaqlar zibil qutusuna...

Əslində, “xumveybin” elə bunların özləridir ki, başıpozuq bolşeviklikdən başqa əllərindən heç bir iş gəlmir. Hətta elə bolşeviklik edirlər ki, heç 1917-də Lenin o qələti etməyib. Bunların rəhbəri Əli Kərimlidirsə, Cəmil Həsənlidirsə, demək ki, belə də olmalıdır.

Bizlərə gələndə isə, dövlət və xalq marağını müdafiə etmək heç zaman tənqidə layiq iş olmayıb. Əksinə bu, bir şərəf və ləyaqət məsələsidir. Bəs bunlar nə iş görürlər? Dövlət maraqlarını müdafiə edənləri öz təbirlərincə ələ salırlar. Ancaq anlamırlar ki, ələ salınanlar da, çinli bolşeviklər kimi “xumveybin”lik edən də ta özləridir ki var...Necə deyərlər, Allah bu “xumveybinlərə” ağıl və dərrakə versin...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə