Avropalı köçKİNlərin “süpürgə davası” - ələ düşən növbəti “fürsət” KÖŞƏ

Avropadakı “siyasi mühacirlərin” uzun illərdir ermənilərin beynəlxalq miqyasda istifadə etdikləri “məzlum və əzabkeş erməni” variantları tam sürətlə tətbiq olunmaqadadır. Lakin onların çox sevdikləri, hətta biət edərək nökərçiliklərində dayandıqları ermənilərin bu variantını tətbiq etmə cəhdləri istənilən nəticəni vermir. Yəni məsələ ondadır ki, ayrı-ayrılıqda “söyüş layihəsi” zingiltiləri ilə “məzlum və əzabkeş erməni” iniltilərini kokteylləşdirərək, hər iki vasitəni dövlət maraqları əleyhinə qarşı çıxaran avropalı köçKİNlər yığnağının “fəallaşmalarına” növbəti səbəb süpürgəçi qadının iş başında olduğu zaman bir harın yük maşını sürücüsü tərəfindən vurularaq öldürülməsi olub. Söz yox ki, dövlət maraqlarına qarşı bu qədər kinli, bu qədər düşmən mövqedə dayananların köklü məqsədləri bəllidir – yaşadıqları Avropa ölkələrində qısa zamanda rəsmi oturum izni almaq...

Ancaq bu izni almaq üçün əllərində ciddi faktları olmadığına görə, həmin köçKİNlər müəyyən dairələrin sifarişlərini öhdəlik olaraq boyunlarına götürürlər. Daha doğrusu, onların düşdükləri vəziyyəti öz məqsədləri üçün istifadə edən erməni lobbisi, yaxud, bu lobbinin maliyyəsi ilə fəaliyyət göstərən müxtəlif adda Azərbaycan dövləti əleyhinə işləyən Avropa qurumları onlara müxtəlif fürsətlər tanıyırlar. Belə olan halda, avropalı köçKİNlər “söyüş layihəsi” zingiltiləri ilə “məzlum və əzabkeş erməni” iniltilərini kokteylləşdirərək hətta ən kiçik məişət olayını “siyasiləşdirib” bunu “Azərbaycan xalqının faciəsi” qismində qoyurlar düşmənlərimizin ovuclarına. Əlbəttə, ağlı başında olan, sağlam düşüncəyə malik insanlar belə xainlərin, erməni sevdalılarının məqsədlərinin nədən ibarət olduğunu yaxşı anlayırlar. Hətta həmin istiqamətdə qınaqlar da olur. Amma həmin qınaqlardan nəinki nəticələr çıxarılır, əksinə, daha aqressiv və daha mənəviyyatsız fikir və ifadələr onlara məxsus sosial şəbəkə səhifələrində, videolarında peyda olur. Məhz harın sürücünün törətdiyi bədbəxt hadisə nəticəsində həyatını itirmiş yaşlı süpürgəçi xanım üzərində başladılan oyunbazlıqlar da bu xüsusdandır. Orduxanlar, məhəmmədlər, turallar, rəfaellər və daha kimlər-kimlər “anamı maşın vurdu” tipli həyasız üz cırmalarla bir tərəfdən erməni əmi-dayılarının, digər tərəfdən də buradakı “liderlərinin” dividentlərinə xal toplamaqla məşğuldurar. Bu, həm də bilirsiniz nəyə bənzəyir? 2016-cı ilin aprel savaşında düşmən gülləsinə tuş gəlmiş şəhidlərimiz üzərindən yürüdülən iyrənc Əli Kərimli “siyasətinə”. O “siyasətə” ki, mitiqnlərinin birində Gültəkin Hacıbəyliyə “Azərbacan əsgərləri düşmən üzərinə sınıq silahlarla göndərilir” tipli ifadələri dedirtmişdi və dərhal erməni mediasıının səhidələrindəki manşetləri bəzəmişdi. Bu gün də eyni hal təkrarlanır və hətta sabah hər hansı bir uşaq “kass-klass” oyanarkən yerə yıxılarsa, həmin avropalı köçKİNlər asfaltın əyriliyi barədə geniş “siyasi mülahizələr” irəli sürüb bunu dərhal hakimiyyətin üzərinə yıxacaqlar. İndi həmin bu avropalı köçKİNlərin “süpürgə davası” - ələ düşən növbəti “fürsət” kimi onlar tərəfindən “dəyərləndirilib” və bir insanın faciəli taleyi üzərində min-bir cür hoqqalardan çıxırlar. Əslində isə, ortadakı maraqlarının nədən ibarət olduğu bəri başdan məlumdur...

Rövşən NURƏDDİNOĞLU

P.S. Nəsillərindən imtina etmiş, ata-babalarının məzarları üzərindən çirkin siyasət yürütmüşlərdən zatən başqa davranışı gözləməyə də dəyməzdi...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...