"Prezident seçkilərinə sayılacaq günlər qalır" demək olar ki...Ancaq diqqət çəkən məqamlardan biri və ən vacibi də budur ki, dağıdıcı müxalifət zaman daraldıqca daha da aqressivləşir, bəlli ictimai qınaqlardan nəticə çıxarmamaqla yanaşı, daxilindəki çirkablı hisslərini lap çox üzə çıxarmış olur. Misal üçün, sosial şəbəkə vasitəsi ilə çıxış edən və necə deyərlər, "kişilik" mübarizəsini" yalnız virtual məkan çərçivəsində aparan milli xəyanətkarlar toplumu hələ də eyni üsullarında qalmaqda davam edirlər. Bu faktor isə, belə deməyə əsas verir ki, qarşı tərəfin məqsədi aydındır - heç bir normal təklifə, ağsaqqal-qarasaqqal sözünə məhəl qoymadan tərbiyəsizliklərini və s. arzuolunmaz davranışlarını davam etdirmək...

Başqa tərəfdən, "Milli Şura"nın təyin etdiyi növbəti mitinqlə bağlı klaviatura arxasından qalxıb, FB-nin kamerası arxasına keçən və müsahibə verən AXCP sədri Əli Kərimli öncəki çıxışlarından fərqlənməyən çağırışlar edib və üstəlik, iddia irəli sürüb ki, demə "hakimiyyət seçki debatları vasitəsi ilə xalqı təhqir edirmiş" (???!!!-R.R.). Heç bir sübuta, dəlilə söykənməyən belə bir başdan böyük yalanı da, əlbəttə ki, elə Ə.Kərimli kimi qondarma müxalifət "liderləri" iddia edə bilərdi məncə...

Seçkilərə az qaldı, lap az...

Demək, bu "adam" oturub Bakıda və Avropadakı milli xainlərin küçələrdə, tualetlərdə, zibil urnaları qarşısında çıxardıqları siyasi meymunluqlarına çəpik çalır, onları az qala "milli qəhrəman" elan edir, yəni heç bir insani keyfiyyətlərə sığmayan hərəkətləri ilə "gündəmə çıxan" orduxanlar, məhəmmədlər, turallar, daha nə bilim kimlər-kimlər ən murdar hərəkətlərə rəvac verirlər, bu da Bakıda oturub, iddia edir ki, "hakimiyyət xalqı təhqir edir"-filan...

Əslində, buna siyasi həyasızlıq deyirlər və bu cür həyasızlıqlar Ə.Kərimli tərəfindən çox nümayiş olunub. Sadəcə, bu da növbətisidir. Daha mitinqinə adam yığmaq üçün, bilmir ki, hansı hoqqabazlıqlardan çıxsın, hansı polyaçi tamaşalarını göstərsin.

Hə, onu da deyim ki, Kərimlinin xain dostu Emin Hüseynov da sosial şəbəkəyə çıxıb və gecənin bir aləmi "seçkilərə az qaldı, lap az" deyərək, guya hələ də ümidinin üzülmədiyini demək istəyib. Amma ümidləri nəinki sönüb, hətta çıraqları belə paramöarça olub. Onlar bunun belə nəticələnəcəyinin fərqinə varmalıydılar. Bilməliydilər ki, oynadıqları oyunbazlıqları nəticəsiz qalacaq və məğlubiyyət düz yaxalarından yapışacaq. Deyəsən, məğlubiyyət qoxusu yavaş-yavaş burunlarının iybilmə damarlarını yerindən oynatmağa başladıb...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə