İnsanda ağıl, dərrakə, düşünüb fikirləşdikdən sonra addım atmaq və bu kimi insana başucalığı gətirən digər məsələlər yaxşı şeydir. Vay o günə ki, bu sadaladıqlarımın heç biri insanda olmaya, həm də iş başında otura və mövqe-məzhəb sahibi ola. Onda təsəvvür edin ki, nələr baş verir? İnanın səmimiyyətimə, sözlərimi və fikirlərimi qəribçiliyə salmayın. Bugünkü şou əhlinin böyük əksəriyyətində məlhəmə qatmaq və ya məsləhətə don geyindirmək üçün zərrə qədər də ağıl yoxdur. Sübutum var. Dəfələrlə Azərbaycanın ünlü, adlarını bərkgedən şou əhlinin nümayəndələri qoyan mütrüblər sosial şəbəkələrdə biabırçı şəkillərini paylaşıblar, çəkdirdikləri kliplərdə Şərq adət-ənənəsinə zidd olan görüntülər nümayiş etdiriblər. Yataq səhnələrini, sevgi foto-sessiyalarını, içib ağıllarını itirdiklərindən axmaq-axmaq fikirlər səsləndirmələrini çox eşidib və ya görmüşük. Dərinə gedəndə və araşdırma aparanda, məlum olur ki, bu mütrüblərin hamısı eyni düşüncənin və ağılın sahibidirlər. Sanki bir sortdan yetişirlər. O günlər saytlardan birində oxuyuram ki, Türkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri olan Sezen Aksu İstanbulda yeni istifadəyə verilmiş "Zorlu Center PSM" Mərkəzində səhnəyə çıxıb, çox utancverici fikirlər səsləndirib. Deyib ki, ermənilərə canım qurban. Sonra da utanıb-çəkinmədən, bəyan edib ki, bütün ermənilər mənim qohumumdur.

Təbii ki, bu mütrübün sözlərindən sonra şübhəli məqamlar üzə çıxır. Düşünürsən ki, ya bu mütrüb içib, ya da ki, o zəhrimardan dadıb. Çünki bütün tarix boyu türklərə və türk dünyasına pisliklər və yamanlıqlar etmiş ermənilərə bu qədər qucaq açmaq şübhəli məsələlər ortaya çıxarır. Ancaq Sezen Aksu iddia edib ki, o, adını çəkdiyim zəhrimarlardan dadmayıb, sadəcə, 10-15 il bundan əvvəl, Onno adlı erməni sevgilisi olub.

Adamın tükləri biz-biz olur. Köpək oğlunun ermənisi Sezen mütrübün hafizəsində, düşüncəsində, bir sözlə, həyatında necə silinməz izlər qoyubsa, üstündən 10-15 il keçsə də, hələ də

unudulmayıb. Hərdən də fikirləşirsən ki, görəsən, kos-koca Türkiyədə 5-6 bığıburma kişi tapılmadımı ki, Onnonu Sezenin beynindən silə bilsin. Məmnuniyyətlə, bizdə o ağır yükü üzərinə götürən tapılar. Amma... nə isə... deyirəm ki, bu erməni təəssübkeşi Sezen Onnonun xiffətini çəkir, türklər o yana dursun, Azərbaycana gələndə, dəridən-qabıqdan çıxan insanlar peyda olub. Bir qədər əvvəl də, Bakıya gəldiyi zaman Azərbaycanın işbaz mütrübləri ilə yanaşı, adını çəkməyə həya etdiyim bir deputat Sezen məxluqun başına fır-fıra kimi fırlanırdı. Yedi-içdi, oynamağı da yaddan çıxarmadı. Deyilənə görə, gedəndə də, sumkasında 1 milyon dollar aparıb. Bizim kənddə belələrinə yaltaq yox, yalaq deyirlər. Yaltaqdan söz düşmüşkən, o günlər də azərbaycanlı bir mütrüb - Zemfira İbrahim Tatlısəsin qarşısında diz çöküb, ağı deyib. Yalvarıb, göz yaşı töküb. Sağlamlığı üçün qoç qurban deyib. Beləsinə nə deyim? Adama deyən lazımdır, qarşısında diz çökmək istəyirsənsə, Azərbaycanın dünyaca məşhur sənətkar müğənniləri Alim Qasımovun, Elnarə Abdullayevanın, Zabit Nəbizadənin, Zeynəb Xanlarovanın qarşısında diz çök. Azərbaycanda qazandığın pullar hesabına qoç qurban kəsmək istəyirsənsə, ölkəmizdə kəs-payla! Bu yerdə deyiblər e, görəsən, ağıl paylananda, filankəs hardaymış?

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...