Şəhid qanı üzərində murdar siyasət texnologiyası

Əli Kərimlidən istənilən rəzilliyi gözləmək olduğuna görə, onun şəhidimiz Çingiz Qurbanov ətrafında murdar siyasət yürütməsi məndə, bəlkə də digər insanlarda təəccüb doğurmadı əslində...Yəni gec-tez gözlənilirdi ki, AXCP sədri nə isə deyəcək bu barədə. Bu ünsür ŞƏHİD qanı üzərində murdar siyasət texnologiyası yürütməkdə pərgardır.

Beləliklə, şəhidimizin nəşinin erməni əsirliyində qalması sən demə bu siyasi polyaçini "narahat" edirmiş. Azərbaycanda heç kim Ə.Kərimli qədər şəhidimiz Çingizin nəşinin ermənilərdə qalması ilə bağlı narahat deyilmiş, bircə bu cəbhəçilərin "liderindən" başqa..! Halbuki, bu narahatlığın işində bir gizli sevinc hissləri də var idi...

Lakin köşəmin məğzinə tam varmamışdan öncə bir faktoru diqqətə çatdırmamaq olmur. Dövlət bayrağımızı təhqir etdiyinə görə erməni zabitinə layiqli cəza verən Ramil Səfərovun Macarıstan məhkəməsinin cəngindən alan, 100-dən çox erməni işğalçılarına qarşı təkbaşına qalib gələrək şəhid olan Mübariz İbrahimovun, eləcə də şəhid Fərid Əhmədovun hər birini Vətənə qaytaran dünya miqyasında nüfuza və hörmətə malik olan Şəxiyyət varsa, O, Prezident İlham Əliyevdir! Bu gün şəhidimiz Çingiz Qurbanovun da adı bu sıralamaya yazıldı...Məhz dövlət başçımızın demək olar ki, hər gün bu işlə məşğul olması nəticədə Çingizimizin öz Vətəninə geri dönməsi ilə başa çatdı.

İndi isə qayıdaq Ə.Kərimlinin siyasi polyaçiliyinə. Demək, bu adam elə sanır ki, bu cür məsələləri həll etmək asanıymış, yəni bir zəngəhər şey həll olurmuş (?!) Adama deyərlər, əgər doğrudan da belədirsə, onda hakimiyyətiniz vaxtı erməni əsirliyinə düşən yüzlərlə vətəndaşımızı niyə geri qaytara bilmədiniz?! Şəhid düşən əsgərlərimiz üzərində biznes quran çaqqallar sürüsü də sizin hakimiyyətin adamları deyildimi?! İndi Ə.Kərimli, sənə nə düşüb ki, şəhidinə ağlayan ana-bacılara, yas quran qardaşlara məhəl qoymayıb, onun üzərində özünü REKLAM (!!!) bəli, məhz reklam edirsən?!

"İnsan taleyi" dediyində cəbhə "lideri" görəsən nəyi nəzərdə tutur? Ən azından Ə.Kərimlinin hətta öz lideri, mərhum Əbülfəz Elçibəyin taleyi ilə hansı çirkin oyunlar vasitəsilə oynadığını, onu ölümə doğru sürüklədiyini xatırlasaq bu siyasi klounun ümumiyyətlə, "insan taleyi" termininin hansı məna kəsb etdiyini anlamadığını deyə bilərik!

Ona görə də soruşmaq lazım ki, sən kimsən və hansı haqqla mübarək şəhid qanı üzərində murdar siyasət qurursan Ə.Kərimli?! Bu gün sənin Avropadakı emissarların olan "meydan tv", yaxud digərləri avroparlamentdə ermənipərəst deputatlarla Azərbaycan əleyhinə planlar qurur! Sübutmu istəyirsən? Buyur! Emin Milli Brüsseldə, Avropa Parlamentində Azərbaycanın əleyhinə A3H-1 saylı otaqda çıxış edəcək (yazı hazırlanarkən, çıxış gözlənilirdi-R.). Bu məsələdə isə Azərbaycana qarşı fəaliyyət göstərən avroparlament deputatları, xüsusilə Çexiyadan olan ermənipərəst deputat Yaromir Ştetin necə deyərlər, Kərimlinin avropalı emissarı Emin Milliyə canfəşanlıq göstərib. Və bu həmin Emin Millidir ki, öz satqınlar toplumu olan tv-si vasitəsilə qondarma erməni soyqırımını tanımaq çağırışları edir...

İndi sən – Ə.Kərimli durmusan "şəhiddən", "insan taleyindən" dəm vurub, bunu öz reklamına yazırsan, üstəlik, deyirsən ki, "məncə, şəhidimizin bir az da bəxti gətirməyib. Əgər seçki kampaniyası dövründə şəhid olsaydı, iqtidar əlindən gələni edərdi..." və bu, sadəcə ürəkbulandırıcıdır!!!

Səndə bu qədər özgüvənclik mövcuduydusa, niyə, hansı səbəbdən Avropa təşklatlarına, çox sevdiyin Qərb səfirliklərinə, xüsusilə vuğrun olduğun insan haqları təşkilatlarına, məsələn "Freedom House"yə, "Human Rights Watch"a AXCP adından bircə cümlə təmənna məktubu yazmadın?! Bu sualın cavabını verməyini gözləyirik səndən "cənab" siyasət polyaççisi!

İndi Ə.Kərimli növbəti dəfə "facebook"dakı "qəhrəmanlığının" iflasa uğramasından narahat olmağa başlayıb. Ona görə ki, artıq şəhidimiz Çingiz öz Vətənində ana torpağının qoynunda əbədi rahatlığını tapacaq. Həqiqi azərbaycanlılar heç vaxt öz şəhidlərini unutmurlar, unutmayacaqlar. Lakin şəhidlərin üzərində murdar siyasət quran Ə.Kərimli kimiləri də yaddan çıxmayacaq – rəzillikləri, mənəviyyatsızlıqları və ləyaqətsizlikləri ilə...

P.S. Əgər kimsə desə ki, Əli Kərimli gecə-gündüz yatmayıb, Azərbaycan əsgərinin şəhid düşərək, nəşinin ermənilərdə qalmasını arzu edir, bundan qətiyyən təəccüb hissi keçirməyin. Çünki bu gün Əli Kərimlinin yaxın ətrafında olanlar vaxtilə Ramil Səfərovu da qəhrəman hesab etməyənlərdir...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...