Qırışır, didişir, öcəşir və ... KÖŞƏ YAZISI

Deməli, müxalifətin, daha dəqiq desək düşərgədə paslanmalarının 24-cü ilinə qədəm qoyan müxalifətin ötən müddət ərzində "adam" ola biləmələri, əksinə zombiləşmələri kifayət qədər öz təsdiqini tapıb. Ona görə "adam" ola bilməyiblər ki, "lider" deyib yaxa-başlarını cıranlar və onların haray-şivənçilər toplumu ölkədə baş verən hər şeyi, hətta bütün dünyanın qəbul etdiyi yüzlərlə uğurlu reallıqları öz arşınları ilə ölçmək xəstəliyindən qurtula bilmirlər. Bu, bir aksiomadır. Halbuki, istəsəydilər sağala bilərdirlər, üstəlik onların Qərbdə kifayət qədər "həkimləri" də var...

Ancaq nə etsinlər, onların xəstəlikləri o qədər inkişaf edib ki, hətta bir-birlərinə qarşı qorxu filmlərindəki zombilər kimi hücum edərək, qırışır, didişir, öcəşir və ...

Sonra da düşürlər hakimiyyətin canına ki, bəs baş verən bütün uğursuzluqların səbəbi iqtidardır (?). Bir deyənləri yoxdur, ay "adam" olmağı bacarmayanlar, bir dəfə də əgər varsa, papağınızı qoyun qarşınıza və fikirləşin ki, sizin səhvləriniz nədən ibarətdir? Nəyə görə artıq 24-cü ildir ki, eyni sözlərinizi təkrarlayıb-durursunuz, hər seçkilərdə "biz gəlirik" şüarları ilə orda-burda mitinqlər keçirib millətin başını ağrıdırsınız? Yoxsa istəyirsiniz xəstəliyiniz millətə də yoluxsun? Əgər bunu istəyirsinizsə, bunu yalnız toyuq banlayanda, fil hürüyəndə, it kişnəyəndə, şam ağacı armud gətirəndə, hətta badımcan kolu qarpız verəndə görərsiniz. Çox şükür ki, hələlik ana təbiətimizdə belə zadlar baş vermir...

O günləri sizin bir media zombiniz var e, Mehman Əliyev, çıxıb Əli Kərimlinin "Azadlıq" adlı zombixana mediasına və "ağıllı-ağıllı" danışıb. Deyib ki, Azərbaycanda iqtisadi cəhətdən geriləmə var və sən demə ölkə rəhbərliyinin belə olan halda pozitiv fikirlər səsləndirməsi yolverilməziymiş (?). Yaxşı, bəs neyləməlidir hakimiyyət? Pozitivlik, daha uğurlu gələcəyə olan real imkanlar barədə danışmamalıdır? Bir çox dünya ölkələrində baş verən acınacaqlı iqtisadi vəziyyətlərin baş-alıb getməsinə rəğmən, Azərbaycanda əhalinin böhrandan əziyyət çəkməməsi istiqamətində görülən müxtəlif tədbirləri təxirə salıb həmin ölkələrin gününə düşməlidir? Enerjiyə qoyulan rüsumlar artırıldı, ölkə rəhbərliyi bu artımın sadə, aztəminatlı əhaliyə təsir etməməsi üçün müvafiq tədbirlər gördü, kiçik bizneslə məşğul olan sahibkarlar əlavə vergilərdən azad edildi və bu kimi onlarla bənzər addımlar atıldı. Üstəlik, növbəti addımların da atılacağı şübhəsizdir. Məgər bütün bunları bir kənara qoyub, pozitivlikdən imtina edib fəaliyyətsizlikmi olmalıdır.. ay "adam?!

Mehman Əliyev bir tərəfdən deyir ki, Milli Bankın və Neft Fondunun ehtiyatları kəskin azalır, o biri tərəfdən, bu azalmanı etiraf edən, ancaq buna baxmayaraq, yalnız inkişaf siyasəti ətrafında düşünən hakimiyyətin belə fikrlər səsləndirilməsinin əleyhinə çxış edir. Baxın, sadəcə hakimiyyətin bu məsələdəki baxışını bir daha nəzərdən keçirək. SİTAT: "Bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır. İqtisadi inkişaf davam edir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, bu problemlərin öhdəsindən şərəflə gəlirik..."

Yaxşı, bəs nədir Mehman Əliyev adlı zombini narahat edən, Əli Kərimlinin zombixanasına aparıb, orada danışdıran? Əslində məsələ bəllidir. O və onun kimi digər "lider" zombiləri ümumiyyətlə, ölkədə pozitivliyin, çətin vəziyyətlərdən çıxışın baş verməsini istəmirlər. Yalandırsa, onda ömrünüzdə bircə dəfə kişilik, cürət tapıb birləşsinlər. Bu, qətiyyən olmayıb, olmayacaq da. Bu zaman daha bir sual: İstəmirlərsə, onda buralarda nə ...? Ümumiyyətlə, 24 ildir nə qələt edib "biz gəliriklərlə" insanların zənedeyi-zəhələrini aparırlar? Bəlkə kifayətdir a zombilər?

Bütün xəbərlər Facebook səhifəmizdə