Arvadının boşadığı “NİDA”çı Köşə

Mədəmizi ağlımıza

Dəyişməyi şərəf sandıq.

Özgəsinin qabağında toyuq olub,

Evimizdə xoruzlandıq.

(B.Vahabzadə)

Həmişə demişəm ki, Bəxtiyar Vabahzadə boyda şairi, fikir adamı olan xalq çox böyükdür, ölməzdir. Şairin "Allah" şeirini lağa qoyan, hər misrası ilə "mırt tutan" "NİDA"çı gənclər nə düşünür bəs? Bu adamların durumu o qədər ağırdır ki, onları bu xəcalətdən və rüsvayçılıqdan yalnız Tanrı xilas edə bilər. Dörd nəfər "NİDA"çı yığışıb bir yerə, biri gitara çalır, biri türkiyəli müğənni Mustafa Cecelinin mahnısını oxuyur, o biri çiyinlərini, əllərini oynadır, qulaqlarındakı sırğalara qədər hərəkət etdirir, digəri də əllərini çənəsinin altına qoyub "fikir eləyir". Nə günə düşdük, İlahi!? Video da çəkib youtube.com-a yerləşdiriblər. O birilərini demirəm, B.Vahbazadənin şeirlərini lağ obyektinə çevirən "NİDA"çı gənc gitaranı necə çalırsa, özünə ləzzət eləyir. Amma başa düşmür ki, belə gitara çalmaqdansa, gedib afafa satmaq yaxşıdır. Sanki musiqinin nəslini üzünə söyür, yerə yıxıb ağzına-ağzına təpikləyir.

Bu gənclərin səviyyəsizliyi, savadsızlığı haqqında əvvəllər də yazmışam. Məsələn, "NİDA"çı, AXCP-çi gənclər elə bilirlər ki, Məhəmmədhüseyn Şəhriyar "Heydərbabaya salam" poemasını Ulu Öndər Heydər Əliyevə həsr eləyib. Bu gənclər türkiyəli aktrisa Serenay Azərbaycana gələndə, özlərini cırıb-dağıdırdılar ki, aktrisa ilə selfie eləsinlər. Sosial şəbəkələrdə "Atro Patena" profili ilə ailəsinin iç üzünü göstərən bir cəbhəçi gey var, 6-7 il bundan öncə ali təshil alması haqqında sənəd də əldə edib. Deməli, bu axmaq özünə toy edib. Toyda tamada böyük şairimiz Zəlimxan Yaqubdan şeirlər deyirmiş. Dərhal tamadanı toydan qovub və əlinə mikrofonu götürərək, ittihamlar səsləndirib ki, Z.Yaqub iqtidarçı olub, onun şeirləri mənim toyumda səslənməməlidir. Qısası, bu adam cəmi 15 gün evli oldu, arvad boşadı bu gədəni. Uzağa niyə gedirsiniz ki... AXCP sədrinin müavini Nurəddin Məmmədli dünənə qədər elə bilirdi ki, hansı küçə hansısa məşhurun adınadırsa, deməli, həmin o məşhurun bütün qohum-əqrəbasını bir yerə yığıb hamısına həmin küçədə mənzil verilir. Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Rixard Zorge haqqında araşdırma aparmaq istəyən N.Məmmədli vaxtilə gedib Bakıdakı "Zorge parkı"nın ətrafındakı binalardan onun qohumlarını axtarırdı. Hə, bir məsələ də yaddan çıxmamış deyim, ondan sonra sağollaşaq. Elza Seyidcahan yeni şeir yazıb, daha doğrusu, ədəbiyyatın anasını ağladıb, poeziyanın hər şeyini üzünə söyüb. Yeni şeirini Səməd Vurğuna həsr edib, ancaq şeirdə nədən danışılır, bax, bunu Elza xanımın özü də bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə