Ana körpəsinə araq verib öldürdü

Rusiyada yeni doğulan körpə spirtli içkidən zəhərlənərək ölüb. RİA Novosti-nin verdiyi məlumata görə, hadisə İrkutskdə baş verib. Körpəyə içkini içirən isə doğma anası olub.

Məlumata görə, adı açıqlanmayan qadın 4 aylıq uşağın ağlamasından narahat olub. O, uşağı içki ilə sakitləşdirmək istəyib. Bu məqsədlə də o, oğlan olan körpənin su butulkasına araq qatıb. Bundan sonra körpənin vəziyyəti pisləşib və o dünyasını dəyişib.

Araşdırma nəticəsində qadının daha iki azyaşlı uşağının olduğu bəlli olub. Lakin o analıq hüququndan məhrum edilib.

26 yaşlı qadın barəsində cinayət içi açılıb.

loading...