Tovuzda güclü külək fəsadlar törətdi

Gecə qərb bölgəsində müşahidə olunan küləkli hava fəsadlara yol açıb. Tovuzda bir neçə evin dam örtüyünə, eləcə də hasarlarına ziyan vurub. İki evin həyətində hasar küləyin gücündən uçub. Şəmkirdə isə istixanalara ziyan dəyib.

Tovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib. Rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evin dam örtüyünə, eləcə də hasarlarına ziyan dəyib.İki evin həyətində hasar küləyin gücündən uçub.Rayon mərkəzi də daxil olmaqla 10-a yaxın kəndə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Külək əsən müddətdə rayonun sadəddin məmmədov küçəsindəki mənzillərdən birində isə yanğın olub. alov elmira məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb.

Küləkli hava Şəmkirin Muxtariyyə kəndində bostan bitkilərinin becərildiyi istixanalara ziyan vurub. Hələlik dəyən ziyanın miqdarı məlum deyil. Rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirir.

Bundan başqa güclü külək səbəbindən rayonun elektrik təsərrüfatında da bir sıra fəsadlar yaranıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında elektrik enerjisinin verilişi tam bərpa olunub. Şəmkir Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda bütün kəndlər tam olaraq elektrik enerjisi ilə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə