Narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb. SİA-nın verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 228.1 və 67-ci maddələrinə əsasən 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ağayev Elşən Bəyəndik oğlu ilə qısa müddətli görüşə gəlmiş Füzuli rayonu Horadiz şəhər sakini İsgəndərov Vitali İsgəndər oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman corablarının içərisində gizlədilmiş 3 ədəd sellofan bükülüdə çəkisi 15.410 qram olan narkotik vasitə - heroin və çəkisi 0.970 qram olan narkotik vasitə - metamfetamin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.

loading...