Məktəbdən kompyuteri oğurlamaq istəyənlər saxlanılıb

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompyuteri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən SİA-ya bildirilib ki, saxlanılanlar Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanovdur.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmin gün qəsəbə ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilib.

loading...