İçki və siqaret oğrusu saxlanıldı

Mağazalardan oğurluq edən şəxs saxlanılıb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə oğurluq hadisəsində şübhəli bilinən şəxs saxlanılıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalardan oğurluq etməkdə şübhəli bilinən rayonun Əlibəyli kənd sakini Emraşvili Arcil Kadjanovic saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, aprelin 4-də rayonun Qaxbaş kəndində yerləşən Abdullayev Mais Murtuz oğluna məxsus marketə qanunsuz olaraq girib, oradan pul, siqaret, içki və yeyinti məhsulları oğurlayıb. Bundan başqa sentyabrın 5-i gecə saatlarında Qax şəhər İmam Mustafayev küçəsində yerləşən Cəlilov İlham İbrahimxəlil oğluna məxsus mağazaya qanunsuz daxil olan Arcil Emraşvili oradan içki və siqaret oğurlayıb. Arcilin rayon ərazisində digər mağazalardan oğurluq etdiyi bildirilir.

Arcil Emraşvili Azərbaycan Respublikası CM –nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunaraq, barəsində həbs qəti imkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə