Futbolçuları aparan “QAZel” yanıb

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində mikroavtobus yanıb. Xaçmaz rayonundan olan müxtəlif yaş qruplarında çıxış edən futbolçuları Bakı şəhərinə yarışa aparan 27 BO 154 dövlət nömrə nişanlı "QAZel" markalı mikroavtobus qəfildən alışıb. Maşında olan 20 nəfər futbolçudan xəsarət alan olmayıb.

Futbolçuların məşqçisi Zöhrab Mahmudovun verdiyi məlumata görə, maşının kabinəsinə tüstü dolmağa başlayan kimi futbolçular avtomobildən düşürülüb. Qısa müddətdə alova bürünən avtomobili söndürmək üçün hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...