Dünya mediası Əli Kərimlinin xəyanətindən yazdı Təhlil

AXCP sədrinin ifşası danılmaz sübutlara söykənir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin FETÖ terror təşkilatının lideri, Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan və hazırda ABŞ-ın Pensilvaniya ştatında mühacir həyatı yaşayan Fətullah Gülənlə bağlı işbirliyi faktları dünya mediasında da maraq obyektinə çevrilməkdədir. Belə ki, Rusiya və Türkiyənin onlarla nüfuzlu media orqanları Əli Kərimli-Fətullah Gülən cütlüyünün mütəşəkkil fəaliyyəti haqqında süjetlər və informasiyalar yayımlayıb və bu gün də həmin mövzu gündəmdə qalmaqda davam edir. Bu proses bir daha sübut edir ki, ortada mövcud olan dəlillərin hər biri məhz dəqiq iformasiyalara söykənir. Çünki nüfuzlu media qurumlalrı bənzər məlumatları dəfələrlə yoxladıqdan sonra ictimailəşdirirlər. Bu baxımdan, AXCP sədrinin hazırkı məqamda özüsnü təmizə çıxarmaq cəəhdlərinin sayı artmaqdadır.

Fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi amili ifşa olunub

Əli Kərimli hər vəchlə buna çalışsa da beynəlxalq medianın məlumatları əsl həqiqətləri ortaya çıxarmaqda davam edir. Məsələn, artıq bir fakt da bəllidir ki, FETÖ Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb. Bu kadrların başında dayanan ilk adam isə Əli Kərimidir. Türkiyə mediası Fətullah Gülənin dövlət strukturlarında yerləşdirdikləri adamlara "imam" statusu verərək, onların fəaliyyət növlərini aşkarladığı bir dönəmdə, artıq dünya mediası da eyni mövqedən yanaşma edərək, AXCP sədri Əli Kərimlini Gülən təşkilatının Azərbaycana təyin etdiyi "imamı" qismində təqdim edir.

Xarici media digər bir faktı da üzə çıxarıb. Belə ki, fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi amili də ifşa olunub. Bu amilin gün üzünə çıxması isə AXCP sədrinin son zamanlarda özü haqda yaratmağa çalışdığı dünyəvi liberal dəyərlərin qoruyucusu mifini dağıdır. Məhz bu baxımdan, fətullahçı olmadıqlarını ciddi-cəhdlə "sübut" etməyə çalışan kərimovçular günü-gündən daha çox təlaşa düşməyə başlayıblar. Nəticədə FETÖ-nun kərimovçular qolu özlərinə yaxın media orqanlarında, xüsusən sosial mediada get-gedə daha da aqressivləşir, mövcud faktlara qarşı qeyri-etik ifadələrlə cavab verirlər. Əlbəttə ki, bütün bunlar nəzərlərdən yayınmır və əslində Kərimlinin real xəyanətkar obrazını daha canlı şəkildə tərənnüm edir.

"Qafqaz" Universiteti, "Araz" kursları, "Zaman Azərbaycan" qəzeti məhz AXC hakimiyyəti vaxtı açılmışd.

Bu müstəvidə Əli Kərimliyə məxsus "Azadlıq" qəzetində, o cümlədən, sosial şəbəkədəki qruplarda guya gülənçilərin indiki hakimiyyət vaxtı ölkəyə gəlməsi haqda iddiaları irəli sürülür. Amma ortaya heç bir əsas, heç bir sübut qoyulmur. Çünki real sübutların hər biri onların özlərinə qarşı yönəlir. Məsələn, bəllidir ki, ötən əsrin 80-ci illərin sonlarından gülənçilər Azərbaycan ayaq açmağa başlamışdı. Xatırlatmaq yerinə düşərdi ki, artıq fəaliyyəti dayandırılmış "Qafqaz" Universiteti və "Araz" kursları məhz AXC hakimiyyəti vaxtı açılmışdı. "Qafqaz" gülənçilərin xaricdə ilk ali məktəbi, "Zaman Azərbaycan" qəzeti isə ilk xarici nəşrləri idi.

Hazırlıq kursların əhəmiyyəti barədə isə yalnız onu demək olar ki, Fətullah Gülən və AKP hakimiyyəti arasında ziddiyyətlər məhz Türkiyədə hazırlıq kurslarının qapadılmasından sonra ictimailəşmişdi. "Zaman" qəzetinin Azərbaycan əlavəsi – "Zaman Azərbaycan" nəşri 90-cı illərin birinci yarısından etibarən nəşrə başlamış, ilk vaxtlardan da daxili siyasi proseslərdə mövqe tutmağa çalışmışdı. Məsələn, bu qəzet hələ 1992-ci ildə Əbülfəz Elçibəyin seçkiqabağı kampaniyasına açıq şəkildə dəstək verilmiş, "Oylarımız Elçibeye!" başlığı ilə bröşür və plakatlar nəşr edib, AXC-nin təbliğat ruporu vəzifəsini reallaşşdırmışdı. Ona görə də bu gün Kərimlinin özü haqqında yeni yalanlar uydurub, guya FETÖ ilə heç bir əlaqəsinin olmadığını "sübuta" yetirməsi cəhdləri nəticəsiz qalmaqdadır.

Bu əlaqələr daha çox Kərimli tərəfdarlarının üzərində fokuslanmışdır

Elə də uzağa getməəyərək, vaxtilə AXC sıralarında təmsil olunmuş sabiq cəbhəçilərin mövqelərinə də nəzər salmaq olar. Keçmiş AXCP üzvləri - Daşqın Ağalarlının və Fazil Mustafanın açıqlamalarından göründüyü kimi AXCP-Gülən əlaqələri hələ AXC hakimiyyətə gəlməzdən əvvəlki dövrə təsadüf edir, sonralar bu əlaqələr daha çox Kərimli tərəfdarlarının üzərində fokuslanmışdır.

Ona görə də AXCP-çilərin özlərini müdafiə etmək üçün gətirdikləri "eyni zamanda həm sünni, həm də şiə radikalların dəstəkçisi olmağın mümkünsüzlüyü" haqda arqumentləri də əsassızdır. Belə ki, bu arqumentin müəllifi olan Cəmil Həsənli AXC-də ola-ola AMİP sədrini preizdentliyə namizəd kimi müdafiə etməyi, amma Əbülfəz Elçibət hakmiyyətə gələndən sonra AXC hakimiyyətində təmsil olunmağı, sonra AXCP-çi ola-ola indiki hakimiyyətə yarınmağı yaxşı bacarıb. Bu keyfiyyətlərin onun həm tələbəsi, həm də lideri olan Əli Kərimlidə daha çox inkişaf etməsi isə heç kimə sirr deyil.

Siyasi prinsipsizlik isə ifrat makiavellizm "yurdçu" dəstəni milli demokratlıqdan liberal demokratiyaya, liberalizmdə solçu tələblərlə mitinq keçirən yarım trotskiçi-çe geveraçı qrupa, indi də dinçi elektoratın dəstəyini qazanmaq istəyən güruha çevirməkdədir

Ona görə də Əli Kərimli şəxsi və siyasi orientasiyasını dəyişməyi bacardığı kimi, məzhəb orientasiyasını da dəyişməkdə problem görmür. Hətta zaman-zaman ateistə də çevrilir. Buna isə ilk növbədə siyasi prinsipsizlik deyilir. Siyasi prinsipsizlik isə ifrat makiavellizm "yurdçu" dəstəni milli demokratlıqdan liberal demokratiyaya, liberalizmdə solçu tələblərlə mitinq keçirən yarım trotskiçi-çe geveraçı qrupa, indi də dinçi elektoratın dəstəyini qazanmaq istəyən güruha çevirməkdədir. Hətta "narıncı internasional"ın dini radikal şəbəkələrlə çulğaşması belə makiavellist yanaşmanın nəticəsidir.

Beləliklə, fakt budur ki, Türkiyədə FETÖ- çularla bağlı istintaq dərinləşdikcə Əli Kərimli ilə terror təşkilatı arasında əlaqələrin yeni sübutları gün işığına çıxacaq. Və bu faktların hər biri zamanı çatanda Fətullah Gülənin Azərbaycana təyin etdiyi "baş imamı" Əli Kərimlinin çanağında çatlayacaq. Kim olmasa belə, özü buna yetərincə məni ola bilər!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə