Əli Kərimli Fətullah Gülənin maraq dairəsindəki fərd olub TƏHLİL

Fətullah Gülən Əli Kərimli kimi insanların iyrənc hakimiyyət ehtiraslarından məharətlə istifadə etməyi, onları öz nökərlərinə çevirib işlətməyi yaxşı bacarır

FETÖ adlı terror qruplaşmasının fəaliyyəti, maraqları barədə məlumatlar və faktlar üzə çıxdıqca, onun nə qədər təhlükəli bir təşkilat olması barədə də amillər özünü sübuta yetirməkdədir. Məsələ ondadır ki, uzun müddət Türkiyənin dövlət strukturlarına gizli şəkildə müdaxilə edən, öz adamlarını yerləşdirməyə nail olmuş FETÖ 15 iyul dövlət çevrilişində ciddi məğlubiyyətə uğradı və bu məğlubiyyət türkiyəli vətənpərvərlərin bir gecədə göstərdikləri şücaətlərlə sübuta yetirildi. Lakin sonradan aparılan araşdırmalar Fətullah Gülənin rəhbəri olduğu xəyanətkar təşkilatın növbəti planlarını ifşa etdi. Və ortaya çıxan ifşaedici məlumatlar təəssüf ki, Azərbaycandan da yan keçmədi. Bəlli oldu ki, Fətullah Gülənin rəhbəri olduğu FETÖ üzvləri yayıldıqları ölkələrdə hər zaman müxalfəti öz təsir dairələrinə salmağa maraqlı olublar, o cümlədən, Azərbaycan müxalifətinin necə deyərlər, "öndəgedən simalarından" hesab edilən AXCP sədri Əli Kərimlini də...

2003-dən 2014-ə qədər və sonrakı illərdə Gülən planlarının Azərbaycandakı baş icraçısı məhz AXCP sədri Əli Kərimli olub

Beləliklə, artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimlinin FETÖ təşkilatı ilə əlaqələrinin üzə şıxması ətrafında çoxsaylı dəlillər mediada yer almaqdadır. Düzdür, hazırda Əli Kərimli idarəçiliyində olduğu "Azadlıq" qəzetində bu və ya digər şəkildə ona qarşı qoyulmuş inkarolunmaz dəlillərdən yaxa qurtarmağa cəhdlər göstərir, amma faktlardan kənara qaçmaq bugünə qədər kimsəyə müyəssər olmayıb.

Hazırda bu mövzu ətrafında aparılan təhlillər, o cümlədən, müstəqil araşdırmaçılar tərəfindən gəlinən qənaətlərdən də görünən budur ki, Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. Məhz 2003-cü il prezidet seçkiləri zamanı ölkədə çaxnaşmalar yaratmağa cəhdlər göstərən radikal müxalifət sonda çox ciddi məğlubiyyətlərlə geri çəkilməli oldu. Bu məğlubiyyətdən sonra Ə.Kərimli uzun müddət ortalıqda görünmədi və...

Və çox yəqin ki, FETÖ Azərbaycanın 2003-ü ildən başlayaraq daha modern və inkişaf xarakterli dövlət quruluşu istiqamətində yürütdüyü siyasətə təsir göstərəmək üçün növbəti dəfə öz çirkin planlarını reallaşdırmağa çalışdı. Ümuimiyyətlə, FETÖ-nün Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlaması barədə dəlillər də artıq ortadadır.

Məhz bunun üçün elə də uzağa getməyərək, 2005-ci ilin parlament seçkilərini xatırlamaq kifayət edər. Həmin ildə də Azərbaycanda hazırlanan çevriliş cəhdinin müəlliflərindən biri FETÖ olmuşdur. Fətullah Gülənin təşkilatı bu məqsədlə də Rəsul Quliyev- Əli Kərimli- Fərhad Əliyev qruplaşmasına dəstək vermiş, "narıncı inqilab"ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynamışdır. Həmin vaxtlar FETÖ-nün ölkəmizdə məktəbləri fəaliyyət göstərirdi və burada bir sıra şəxslərin adları artıq məlumdur. Lakin qeyd edək ki, Azərbaycan hökuməti hələ 2005-ci ildə Gülən məktəblərinin bağlanmasına ciddi təşəbbüs göstərmiş, lakin Türkiyənin o zamankı siyasi rəhbərliyindəki müəyyən şəxslər bu təşəbbüsə qarşı çıxmışlar. Bu proses 2014-cü ildə öz nəticəsini tapdı və çirkin məqsədlərə yönəlmiş FETÖ "maarifləndirməsinə" birdəfəlik son qoyuldu. Ancaq xatırlatmaq yerinə düşərdi ki, istər 2005, həm də 2014-cü ildə FETÖ-yə aid məktəblərin bağlanması məsələsinə AXCP sədri Əli Kərimli və tərəfdarları ciddi etiraz ediblər. Təbii ki, həmin məktəblərin bağlanması Kərimliyə və tərəfdarlarının həm siyasi, həm də maddi maraqlarına cavab vermirdi.

Gülən Azərbaycandakı "baş imamına" – Əli Kərimliyə maddi-mənəvi yardımını əsirgəməyib

Daha bir xatırlatmanı etmək tam yerinə düşərdi. Bu, FETÖ-nün Türkiyənin dövlət strukturlarına daxil etdiyi insanların Ermənistanla sərhədlərin açılmasına yönəlik göstərdikləri çabalardır. Ancaq bu çabalar da nəticəsiz qaldı. Azərbaycan dövlətinin sərt etirazları, eləcə də qardaş Türkiyə dövlətinin ali rəhbərliyi bu xəyanətkar planın məhv olmasına nail ildular. Fətullah Gülən isə öz planlarında israrlı olub. O, 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail ola bilməsə də bu istiqamətdəki planının realizə olunması üçün, eləcə də Azərbaycan ictimai rəyini gələcəkdə buna hazırlamaq üçün növbəti dəfə Əli Kərimli kartından istifadə etməyə sət göstərib. Buna görə Gülən Azərbaycandakı "baş imamına" – Əli Kərimliyə maddi-mənəvi yardımını əsirgəməyib.

MHP AXCP sədri Əli Kərimlini Əbülfəz Elçibəyə xəyanət etmiş şəxs kimi qiymətləndirir

Bu gün AXCP sədri tez-tez mətbuat və sosial şəbəkələr vasitəsilə guya milliyyətçi olduğunu, türkçülük ideologiyası ilə siyasət qurduğunu nümayiş etdirməyə cəhdlər göstərir. Əlbəttə ki, bu onun çoxsaylı uğursuz siyasi bicliyinin bariz göstəricisi kimi qiymətləndirilə bilər. Kərilminin "Azadlıq" qəzetində Türkiyənin MHP-ni təbliğ etməsi də buna əsaslanan amillərdəndir. Halbuki, Türkiyənin həqiqi MHP-çi- ülküçü qrupları Əli Kərimli və partiyasını türkçülük aləmində xüsusi yerlərdən birini tutmuş Əbülfəz Elçibəyə xəyanət etmiş şəxs kimi tanıyır. Və bu gün "Ərgənəkon" əməliyyatı zamanı AXCP-nin nəzarətindəki ənənəvi və yeni media vasitələrində Gülənə dəstək verilməsi, Azərbaycan iqtidarının ayrı-ayrı aparıcı simalarını ərgənəkonçu kimi təqdim edilməsi də MHP-çilər tərəfindən qətiyyən unudulmayıb. Belə ki, Türkiyədə real MHP-çilər, türkçü və ülküçülər ümumiyyətlə, Əli Kərimli faktoruna inanmadıqlarını deyir, onu böyük türk dünyasına xəyanət etmiş şəxs kimi tanıdıqlarını vurğulayırlar.

Türkiyənin vətənpərvər dairələri Əli Kərimlinin ayağısürüşkən siyasətçi olduğunu 2005-ci ildən xatırlayırlar. Yəni 2005-ci ildə Əli Kərimli və digər əqidədaşlarının Qərb bayraqları ilə "narıncı inqilab" cəhdi də Türkiyənin vətənpərvər dairələrində xoş xatırlanmır.

Qərb-İran münasibətlərinin normallaşması Fətullah Gülənin manevr imkanlarını daha da genişləndirib

Yeri gəlmişkən, "Barış" TV kimi, Əli Kərimlinin və Qənimət Zahidin tribunasıa çevrilmiş Türkiyənin "Can Ərzincan" kanalı da FETÖ-nün təbliğatı ilə məşğul olduğu üçün müvafiq dövlət instansiyaları tərəfindən dərhal qapadılıb. Bu isə Əli Kərimlinin və ətrafının gülənçi camaatına məxsusluğunun bariz göstəricisi kimi dəyərləndirilə bilər.

Beləliklə, dəqiqləşdirilən təhlillərdən gəlinən nəticələr Əli Kərimlinin son zamanlar dini məzhəb ayrıseçkiliyindən asılı olmayaraq istənilən radikal dini qruplaşmalarla əlbir olmağa hazırlığının sırf isbatıdır. Məsələn, AXCP-nin ötən ilin noyabrında Nardaranda mənzillənmiş bir qrup radikal dindarı dəstəkləməsi onun FETÖ tərəfdarı olmasına maneə deyil. Çünki hər iki halda söhbət dini-radikal sosial baza ilə işləməkdən gedir və bu, Qərbin müəyyən çevrələrinin maraqlarına xidmət edir. Məhz belə klerikal dairələrlə əməkdaşlıq AXCP sədrinə tapşırılmış xüsusi missiyadır.

Göründüyü kimi, Əli Kərimlinin dəstəsi hər kəslə pulun verən "musiqisini də sifariş edər" prinsipi işləməyə meyillidir.

Beləlkilə, son zamanlar dünyanın siyasi müstəvisində gedən proseslərdən istifadə edən Fətullah Gülən əlinə düşən hər bir şansdan maksimum yararlanmağa çalışıb, indi də belədir. Məsələn, Qərb-İran münasibətlərinin normallaşması Fətullah Gülənin manevr imkanlarını daha da genişləndirib. O, hesab edir ki, bu vasitə ilə FETÖ-nün sərhədlərini genişləndirməyə imkan tapacaq.

Əli Kərimli Gülən hocasından "təqiyyə" məsləhəti alıb

Nardaran hadisələrinə gəldikdə isə, bu qardaş Türkiyədəki uğursuz çevriliş cəhdinin sınaq-məşqi idi. Bu baxımdan, AXCP sədrinin Nardaran hadisələrindəki rolu daha dərindən araşdırılmalıdır. Ən azından, bu hadisələrdə ounn müavini Fuad Qəhrəmanlının da yer alması belə qənaətə gəlməyə zəmin yaratmış olur.

Nəticə etibarilə deyə bilərik ki, Türkiyədə baş verən çevriliş cəhdinin ardınca Əli Kərimlinin guya çevrilişi pisləməsi, Türkiyə dövlətinə dırnaqrarası dəstək göstərməsi özünü sığortalamaq xarekteri daşıyır və bu kimi taktikalardan- özünü qorumaq üçün "təqiyyə"dən istifadə olunması Fətullah Gülənin tövsiyələri arasında yer alır.

Görünür, uzun müddət ABŞ-dan siyasət yürüdən Fətullah Gülən Əli Kərimli kimi insanların iyrənc hakimiyyət ehtiraslarından məharətlə istifadə etməyi, onları öz nökərlərinə çevirib işlətməyi yaxşı bacarır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə