Silsilə oğurluq edən dəstə üzvləri yaxalandı

Saxlanılanlar arasında həddi-bulağa çatmayanlar da var

Lənkəran polis şöbəsinin əməkdaşları rayon ərazisində silsilə oğurluq törədən dəstə üzvlərini yaxalayıb. Saxlanılanlar arasında həddi-bulağa çatmayanlar da var. Evlərə daxil olub qızıl zinət əşyaları, pul və silah aparıblar.

Lənkəran polisi son iki ay ərzində oğurluq edən yeddi nəfərlik oğru dəstəsini saxlamağa nail olub.İlkin araşdırmalara görə, dəstə üzvləri ayrı-ayrı vətəndaşlara umumilkdə 137 min manatdan artıq ziyan vurublar.

Dəstə üzvələri Əli Şükürzadə, Qədir Cəfərov, Ruslan Kərimli, Rövşən İbrahimov, Vüsal Quluzadə, Kamran Rəhimov eyni evləri ayrı-ayrı vaxtlarda 3 dəfə qarət ediblər. Daxil olduqları evlərdən qızıl-zinət əşyaları, pul, bahalı skripka, vinçester markalı tüfəng, qadın şubalarını, televizor və digər əşyaları aparıblar.Bundan başqa onlar Lənkəran rayon Sütəmurdov kəndindəki poçt filialına və pivə zavoduna məxsus inzibati binaya da daxil olaraq oradan pul oğurlayıblar. Hazırda adıçəkilən şəxslər saxlanılıb və törətdikləri əməlləri etiraf ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə