Türkiyənin Anadolu Dövlət Universiteti  artıq  35 ildir ki, müasir texnologiyalara əsaslanan  distant təhsili sayəsində  dünyanın müxtəlif ölkələrinda yaşayan türklərə, türkçə danışa bilən türkdilli xalqlara ali təhsili verməkdədir.  Və elə bu məqsədlə 2009-2010-cu tədris ilindən etibarən Anadolu Universiteti Azərbaycan Proqramları sayəsində Azərbaycanda yaşayan Türkiyə vətəndaşları, Azərbaycan vətəndaşları və Azərbaycandakı digər ölkə vətəndaşları da distant formada ali təhsil almaqdadırlar.

Əmək bazarının tələblərinə  uyğun olaraq növbəti yeni tədris ilindən açılmış yeni fakültə və ixtisasları təqdim edirik.

Anadolu Dövlət Universiteti 2017/2018-ci tədris ili üçün Bakalavr pilləsində aşağıdakı ixtisaslara qəbul elan edir:

“İKTİSAT” FAKÜLTƏSİ

İqtisadiyyat - İktisat

Maliyyə - Maliye

Dövlət İdarəçiliyi - Kamu Yönetimi

Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri - Çalışma Ekonomisi ve Endüstri İlişkileri

Beynəlxalq Münasibətlər - Uluslararası İlişkiler

Beynəlxalq Münasibətlər - Uluslararası İlişkiler (İngilis dilində)

“İŞLETME” FAKÜLTƏSİ

Otel İşinin Təşkili və İdarə Edilməsi - Konaklama İşletmeciliği

Biznesin Təşkili və İdarə Edilməsi - İşletme

Biznesin Təşkili və İdarə Edilməsi - İşletme (İngilis dilində)

Beynəlxalq Ticarət və Logistika İdarəçiliyi - Uluslararası Ticaret ve Lojistik Yönetimi 

“AÇIKÖĞRETİM” FAKÜLTƏSİ

Fəlsəfə - Felsefe

Sosiologiya - Sosyoloji

Türk Dili və Ədəbiyyatı - Türk Dili ve Edebiyatı

Tarix - Tarih

İctimaiyyətlə Əlaqələr və Reklam - Halkla İlişkiler ve Reklamcılık

İnformasiya Texnologiyaları və İdarə Edilməsi - Yönetim Bilişim Sistemleri

 

Anadolu Dövlət Universiteti 2017/2018-ci tədris ili üçün Subbakalavr pilləsində (ikiillik təhsil) aşağıdakı ixtisaslara qəbul elan edir:

Bank və Sığorta İşi - Bankacılık ve Sigortacılık

Çağrı Mərkəzi Xidmətləri - Çağrı Merkezi Hizmetleri

Xarici Ticarət - Dış Ticaret

Ev İdarəsi - Ev İdaresi

Fotoqrafçılıq və Kameramanlıq - Fotoğrafçılık ve Kameramanlık

İnsan Resursları və İdarəçiliyi - İnsan Kaynakları ve Yönetimi

Mədəni İrs və Turizm - Kültürel Miras ve Turizm

Əmtəə Nişanlarının Təbliği - Marka İletişimi

Media və Kommunikasiya - Medya ve İletişim

Radio və Televiziya Proqramcılığı - Radyo ve Televizyon Programcılığı

İdman İdarəçiliyi - Spor Yönetimi

Veb Dizaynı və Kodlaşdırma - Web Tasarımı ve Kodlama

 

Anadolu  Dövlət Universiteti Azərbaycanın bir çox aparıcı universitetləri ilə əməkdaşlıq edir,  Anadolu Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı-Slavyan Universiteti, İqtisad Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair protokollar imzalanıb və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

VTB